46 dərəcə istiyə qarşı qeyri-adi üsul - Küçələrə kondisioner quraşdırılır

46 dərəcə istiyə qarşı qeyri-adi üsul - Küçələrə kondisioner quraşdırılırYay aylarında havanın temperaturunun 46 dərəcəyə çatdığı Qətərdə dözülməz istilərlə mübarizə üçün qeyri-adi texnologiyalardan istifadə olunur. Ölkədə sərinləşdirilən səkilər, açıq havada işləyən kondisionerlər və günəş şüalarını əks etdirən xüsusi asfalt örtükləri tətbiq edilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Qətərdə yüksək temperatur gündəlik həyatı ciddi şəkildə çətinləşdirdiyindən mühəndislər insanların açıq havada daha rahat hərəkət edə bilməsi üçün müxtəlif həllər hazırlayıblar.

Bəzi ərazilərdə piyada və qaçış yollarının altına xüsusi soyutma sistemləri yerləşdirilib. Bu qurğular soyuq havanı birbaşa insanların hərəkət etdiyi səthə ötürür.

Məqsəd həmin ərazilərdə temperaturu təxminən 26-28 dərəcə səviyyəsində saxlamaqdır. Bunun sayəsində havanın kəskin isti olduğu vaxtlarda belə insanların gəzməsi və ya qaçışla məşğul olması daha rahat olur.

Küçələr də kondisionerlə soyudulur

Oxşar sistem Qətərin məşhur Katara mədəniyyət məhəlləsində də tətbiq edilir. Burada küçələrdə yerləşdirilən kondisionerlər kafe və mağazaların qarşısındakı açıq məkanları sərinləşdirir.

Bu texnologiyadan daha əvvəl ölkədəki bir sıra futbol stadionlarında da istifadə olunub. Soyutma sistemi bir neçə texnologiyanın birlikdə işləməsi prinsipi üzərində qurulub. Buraya müəyyən nöqtələrin soyudulması, istilik izolyasiyası, havanın qismən dövriyyəsi, soyuğun toplanması və havanın rütubətinin azaldılması daxildir.

Sistemlərdə adi kompressorlardan deyil, istilik enerjisindən istifadə edən xüsusi soyuducu qurğular da tətbiq edilir. Enerji sərfiyyatını azaltmaq üçün soyuq enerjinin əvvəlcədən toplanması üsulundan istifadə olunur. Elektrik enerjisinə tələbatın az olduğu saatlarda sistem soyutma enerjisi toplayır, daha sonra isə onu pik saatlarda istifadə edir.

Asfaltın temperaturunu 20 dərəcəyədək azaldırlar

Qətərdə yalnız havanı deyil, yolları da sərin saxlamağa çalışırlar. Ölkədə günəş işığını daha çox əks etdirən xüsusi asfalt örtükləri sınaqdan keçirilir.

Mavi piqmentli belə örtüklərin asfaltın səth temperaturunu 15-20 dərəcə aşağı sala bildiyi bildirilir.

Bunun səbəbi açıq və işığı əks etdirən səthlərin günəş radiasiyasını daha az udmasıdır. Nəticədə asfalt daha az qızır və ətraf mühitə də daha az istilik yayır.

Bu üsul xüsusilə sıx tikililərin olduğu şəhərlərdə əhəmiyyətlidir. Çünki həddindən artıq qızmış asfalt havanın temperaturunun daha da yüksəlməsinə səbəb ola bilər.

Dünyanın ən uzun açıq hava sərinləşdirilən qaçış yolu

Qətərin Umm Al Seneem parkında dünyanın ən uzun açıq hava sərinləşdirilən qaçış yolu yerləşir.

Uzunluğu 1,14 kilometr olan yol Ginnesin Rekordlar Kitabına da daxil edilib. Xüsusi soyutma sistemi idmançılara hətta səhraya xas yüksək temperatur şəraitində məşq etməyə imkan verir.

Soyutma qurğularında havanın güclü filtrasiyası sistemi də mövcuddur. Filtrlər toz, allergenlər və müxtəlif mikroorqanizmlərin qarşısını almağa kömək edir.

Sistemlərin işləməsi üçün tələb olunan enerjinin bir hissəsi günəş panellərindən əldə edilir. Bəzi hallarda günəş enerjisinin payının 60 faizdən çox olduğu bildirilir.

Qətərdə küçələrin soyudulması layihələrinə ümumilikdə nə qədər vəsait xərcləndiyi açıqlanmasa da, istifadə olunan texnologiyaların miqyası nəzərə alınaraq investisiyaların yüz milyonlarla dollara çata biləcəyi ehtimal olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 913   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

06.11.2026 292
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

06.11.2026 220
.