İstanbulda gecə ərzində 50-yə yaxın zəlzələ olub - Təhlükənin xəbərçisidir?

İstanbulda gecə ərzində 50-yə yaxın zəlzələ olub - Təhlükənin xəbərçisidir?İstanbulun Adalar sahillərində başlayan seysmik aktivlik gecə saatlarında da davam edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, bölgədə ən böyüyü 2,5 bal olan 50-yə yaxın kiçik zəlzələ qeydə alınıb.

Bundan əvvəl isə ərazidə 3,2 bal gücündə zəlzələ baş verib. Ardıcıl yeraltı təkanlar İstanbul sakinləri arasında narahatlıq yaradıb və "Bu, gözlənilən böyük Mərmərə zəlzələsinin xəbərçisidir?" sualını yenidən gündəmə gətirib.

Yer elmləri üzrə mütəxəssislər ardıcıl kiçik təkanların birbaşa böyük zəlzələnin xəbərçisi kimi qiymətləndirilməsinin doğru olmadığını bildiriblər.

Proferssor Okan Tüysüz bildirib ki, baş verənlər yalnız Adalar fayının aktiv olduğunu göstərir.

"Bütün böyük zəlzələlərdən sonra afterşoklar olur, lakin hər böyük zəlzələdən əvvəl ilkin təkan olmur. Bir zəlzələnin ilkin xəbərdarlıq olduğu yalnız ondan sonra daha böyük zəlzələ baş verdikdə məlum olur. Gözləyib görəcəyik", - deyə Tüysüz qeyd edib.

Mütəxəssis Ahmet Ercan isə yalnız kiçik təkanların sayına əsaslanaraq zəlzələnin vaxtını proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıb və əhalini panikaya düşməməyə çağırıb.

Ercanın qiymətləndirməsinə görə, gözlənilən böyük Mərmərə zəlzələsi zamanı maksimum 2,5 metr hündürlüyündə sunami dalğası yarana bilər. Mütəxəssis mümkün qırılma üçün ən erkən 2045-ci ili, ən ehtimal olunan dövr kimi isə 2075-ci ili göstərib.

Qeyd edək ki, seysmik aktivlik 17 avqust 1999-cu ildə baş vermiş Mərmərə zəlzələsinin 27-ci ildönümündən cəmi iki gün sonra başlayıb. Bu amil də İstanbulda narahatlığın artmasına səbəb olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 809   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

06.11.2026 258
.

Qəfil infarkt riski kimləri təhdid edir?

Böyük şəhərlərdə yaşayan insanlar ürək-damar xəstəlikləri, xüsusilə infarkt riski ilə daha çox üzləşə bilərlər. Alimlər bunun əsas səbəblərindən birinin havanın çirklənməsi olduğunu müəyyən ediblər. xəbər verir ki, ABŞ-ın Yel Universitetinin mütəxəssisləri çirklənmiş havada olan ultrakiçik hissəcikləri

06.11.2026 217
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri,. Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü

06.11.2026 126
.

Ağstafada bir ailənin üç üzvü zəhərlənib

Ağstafada zəhərlənmə hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, rayon sakinləri olan bir ailənin 3 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. İlkin məlumata görə, onlar yemək yedikdən sonra özlərini pis hiss ediblər. Faktla bağlı araşdırma aparılır

06.11.2026 185
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Parlament Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyəcək

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasını

06.11.2026 187
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

06.11.2026 221
.