"Suriyada Türkiyənin hərbi mövcudluğunun genişlənməsi İsrail tərəfindən qəbul edilməyəcək" - BƏHRUZ QULİYEV

"Suriyada Türkiyənin hərbi mövcudluğunun genişlənməsi İsrail tərəfindən qəbul edilməyəcək" - BƏHRUZ QULİYEV"İsrail ilə Türkiyə arasında Suriyaya görə yaranan son gərginlik artıq adi diplomatik narazılıq çərçivəsindən çıxaraq, regional təhlükəsizlik məsələsinə çevrilməkdədir. İsrailin Suriyanın Əbu əl-Duhur aviabazasına zərbəsi və ardınca müdafiə naziri İsrael Katzın Prezident Rəcəb Tayyib Ərdoğana sərt xəbərdarlığı bunu açıq şəkildə göstərir.

Burada əsas məsələ Türkiyənin Suriyada hərbi və siyasi təsirinin artmasıdır. Ankara Suriya ilə hərbi əməkdaşlığını və yeni hakimiyyətə dəstəyini gücləndirir. İsrail isə Suriyanın Türkiyənin təsir dairəsinə daha çox daxil olmasını öz milli təhlükəsizliyi baxımından risk kimi qiymətləndirir. Bu səbəbdən Tel-Əvivin mesajı kifayət qədər açıqdır ki, Suriyada Türkiyənin hərbi mövcudluğunun genişlənməsi İsrail tərəfindən qəbul edilməyəcək.

Əslində, məsələ təkcə bir aviabazadan və ya konkret hərbi kontingentdən ibarət deyil. Söhbət Yaxın Şərqdə yeni geosiyasi balansın formalaşmasından gedir. Türkiyə Suriyada sabitliyin təmin olunmasında və yeni hakimiyyətin gücləndirilməsində fəal rol oynamaq istəyir. İsrail isə Suriyanın gələcək təhlükəsizlik arxitekturasında Türkiyənin dominant mövqeyə gəlməsini öz maraqlarına zidd hesab edir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Suriyada Türkiyənin hərbi mövcudluğunun genişlənməsi İsrail tərəfindən qəbul edilməyəcək" - BƏHRUZ QULİYEVEkspert bildirib ki, İsrailin zərbəsi xüsusilə diqqətçəkəndir. Çünki Türkiyə tərəfi İsrailin iddialarını əsassız sayır, Suriya isə həmin bazada Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsi planının olmadığını bildirir. Deməli, tərəflər arasında ən ciddi problem həm də qarşılıqlı etimadsızlıqdır.

"Hesab edirəm ki, hazırkı mərhələdə Türkiyə ilə İsrail arasında birbaşa hərbi qarşıdurma qaçılmaz deyil. Amma risk əvvəlkindən daha yüksəkdir. Çünki Suriyada müxtəlif dövlətlərin hərbi qüvvələri, maraqları və təhlükəsizlik prioritetləri bir-birinin üstünə düşür. Kiçik bir insidentin böyük regional böhrana çevrilməsi mümkündür.

Elə buna görə də ABŞ-ın Türkiyə, İsrail və Suriya arasında mümkün toqquşmaların qarşısını almaq üçün xüsusi əlaqələndirmə və deeskalasiya mexanizmi yaratmağa çalışması təsadüfi deyil. Vaşinqton da anlayır ki, Suriyada Türkiyə ilə İsrail arasında birbaşa qarşıdurma bütün region üçün çox ciddi nəticələr yarada bilər.

Məncə, burada ən mühüm məqam budur ki, Türkiyə artıq Suriyada kənardan prosesləri izləyən dövlət deyil, prosesin əsas aktorlarından biridir. İsrail də bunu görür və Türkiyənin artan roluna qarşı öz təhlükəsizlik xəttini sərtləşdirir. Bu isə Suriyanı təkcə daxili siyasi proseslərin deyil, həm də Türkiyə-İsrail rəqabətinin əsas meydanlarından birinə çevirir.

Ona görə də Katzın Ərdoğana ünvanladığı sərt mesajı sadəcə ritorika kimi qiymətləndirmək düzgün olmaz. Bu, İsrailin Türkiyənin Suriyadakı hərbi-siyasi fəaliyyətinə dair ciddi narahatlığının siyasi ifadəsidir. Qarşıdakı dövrdə əsas məsələ tərəflərin bu gərginliyi hansı səviyyədə saxlaya bilməsidir. Çünki Yaxın Şərqdə bir qığılcımın böyük yanğına çevrilməsi üçün çox zaman bircə səhv hesablamanın özü kifayət edir." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 815   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

06.11.2026 258
.

Qəfil infarkt riski kimləri təhdid edir?

Böyük şəhərlərdə yaşayan insanlar ürək-damar xəstəlikləri, xüsusilə infarkt riski ilə daha çox üzləşə bilərlər. Alimlər bunun əsas səbəblərindən birinin havanın çirklənməsi olduğunu müəyyən ediblər. xəbər verir ki, ABŞ-ın Yel Universitetinin mütəxəssisləri çirklənmiş havada olan ultrakiçik hissəcikləri

06.11.2026 217
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri,. Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü

06.11.2026 126
.

Ağstafada bir ailənin üç üzvü zəhərlənib

Ağstafada zəhərlənmə hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, rayon sakinləri olan bir ailənin 3 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. İlkin məlumata görə, onlar yemək yedikdən sonra özlərini pis hiss ediblər. Faktla bağlı araşdırma aparılır

06.11.2026 185
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Parlament Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyəcək

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasını

06.11.2026 187
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

06.11.2026 221
.