Çiy ətdən hazır qidaya: Zəhərlənmə riskini artıran amillər

Çiy ətdən hazır qidaya: Zəhərlənmə riskini artıran amillər"Ət məhsulları düzgün saxlanılmadıqda, hazırlanmadıqda və bişirilmədikdə qida zəhərlənməsinin ciddi mənbəyinə çevrilə bilər. Xüsusilə isti havalarda ətin temperatur rejiminin pozulması bakteriyaların sürətlə çoxalmasına şərait yaradır".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib.

O, qeyd edib ki, ət məhsullarının zəhərlənməyə səbəb olmasının əsas amillərindən biri onların Salmonella, E. coli, Campylobacter və digər patogen mikroorqanizmlərlə çirklənməsidir. Bu çirklənmə heyvanın kəsilməsi və emalı zamanı, eləcə də daşınma və satış prosesində baş verə bilər. Çiy ətin hazır qidalarla təmas etməsi isə çarpaz çirklənməyə səbəb olaraq zəhərlənmə riskini artırır:

"Digər mühüm amil soyuq zəncirin pozulmasıdır. Ət uzun müddət otaq temperaturunda, günəş altında və ya temperaturu kifayət qədər aşağı olmayan soyuducuda saxlanıldıqda mikroorqanizmlər sürətlə çoxala bilər. Dondurulmuş ətin də dəfələrlə əridilib yenidən dondurulması təhlükə yaradır.

Ətin kifayət qədər bişirilməməsi də ciddi risklərdən biridir. Xüsusilə qiymə ət, kabab, kotlet və içərisi tam bişməyən digər məhsullarda patogen mikroorqanizmlər məhv olmaya bilər. Bişmiş ətin uzun müddət isti şəraitdə saxlanılması da bakteriyaların çoxalmasına səbəb ola bilər.
Çiy ətdən hazır qidaya: Zəhərlənmə riskini artıran amillərİstehlakçı ət alarkən məhsulun qoxusuna, rənginə, qablaşdırılmasına, son istifadə tarixinə və saxlanma temperaturuna diqqət yetirməlidir. Lakin yalnız görünüşə və qoxuya əsaslanmaq kifayət deyil. Çünki bəzi təhlükəli bakteriyalar məhsulun görünüşünü və qoxusunu ciddi şəkildə dəyişdirmədən də mövcud ola bilər.

Kütləvi zəhərlənmə hadisəsi baş verdikdə isə səbəbi yalnız ət məhsullarının istehlakı ilə əlaqələndirmək düzgün deyil. Hadisənin dəqiq səbəbi laborator müayinələr və epidemioloji araşdırmalar nəticəsində müəyyən edilməlidir. Zəhərlənmənin ət məhsulları ilə əlaqəli olduğu təsdiqlənərsə, çirklənmənin hansı mərhələdə baş verdiyi də araşdırılmalıdır.

Ət məhsullarının düzgün saxlanılması, gigiyena qaydalarına əməl edilməsi və kifayət qədər bişirilməsi qida zəhərlənməsi riskinin əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər.

Sağlam qidalanın, sağlam yaşayın!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 107   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya ballistik raketləri Ukraynanın Kiyev şəhərində ən azı beş nəfərin ölümünə və yanğınlara səbəb olub

Ukrayna rəsmiləri cümə axşamı səhər saatlarında bildirib ki, Kiyevdə Rusiya ballistik raketlərinin atılması nəticəsində ən azı beş nəfər həlak olub, iyirmidən çox insan yaralanıb, binalara ziyan dəyib və Ukrayna paytaxtının bəzi hissələrini elektriksiz qoyub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki

09:01 143
.

İsrael Katz Türkiyə prezidenti Ərdoğanı Suriyadakı "təhlükəli macəralar" barədə xəbərdar etdi

İsrailin Müdafiə naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Suriyada türk qüvvələrinin yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edərək, İsrailin özünü müdafiə etməyə hazır olduğunu bildirib. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, Katz X-də yazıb ki, "Ərdoğan Türkiyəni Suriyad

10:03 119
.

"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB

İşğaldan azad olunmuş Ağdərə rayonunun Vəngli kəndinə qayıdan keçmiş məcburi köçkün Mirsədi Məhərrəmli sosial şəbəkədə video paylaşıb. Ölkə.az xəbər verir ki, o, işlə təmin edilmədiyini, sosial vəziyyətinin çətin olduğunu bildirib. "Bir il əvvəl bura qayıtmışıq. Amma Xankəndi şəhərində, Ağdərə v

19.08.2026 341
.

"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

Əməkdar artist Gövhər Həsənzadə qızı Nilgünlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, bəstəkar övladı ilə arxiv fotolarını yayımlayaraq onu ad günü münasibəti ilə təbrik edib:. "Tanrının mənə verdiyi ən böyük dəyər və mükafat sənsən! Həyatda tutunacağım yeganə ümidim, mənə sonsuzadək güvəni

11:34 93
.

Bakıda 52 yaşlı qadın evdən 10 minlik qızıl OĞURLADI

Bakının Yasamal rayonunda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. DİN mətbuat xidmətindən -a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlu

19.08.2026 237
.

İran ABŞ-ı "iqtisadi terrorizmdə" ittiham etdi

ABŞ Prezidenti Donald Trampın İrana qarşı elan etdiyi "sarsıdıcı" iqtisadi əməliyyat Ağ Evin diqqəti ABŞ daxilindəki böhrandan yayındırmaq cəhdi kimi qiymətləndirilib. xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi X sosial media platformasında yazıb. Nazir bildirib ki, "İqtisad

10:53 105
.

Qazaxıstan Gürcüstan üzərindən neft ixracını 5 dəfə artırıb

Bu ilin avqust ayında Qazaxıstanın "Tengizchevroil" şirkəti Gürcüstan ərazisindən tranzit yolu ilə 100 min ton neft ixrac edir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Nəqliyyat Dəhlizi Tədqiqat Mərkəzinin məlumatına görə, neft "Gürcüstan Dəmir Yolları" SC və "Batum

19.08.2026 200
.

İrandan ABŞ-a yeni xəbərdarlıq: Avropadakı bazalar hədəfə çevrilə bilər

İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın münaqişəni daha da qızışdırmaq qərarına gələcəyi təqdirdə, Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək ehtimalını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatın

10:42 100
.

Torpaq alarkən bunu mütləq bilin: Kateqoriya və təyinat eyni deyil

"Torpaqların kateqoriyaları ilə bağlı əsas hüquqi tənzimləmə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində öz əksini tapıb". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, Torpaq Məcəlləsinin müddəalarına əsasən, torpaqlar məqsədli təyinatın

11:31 89
.