"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB
İşğaldan azad olunmuş Ağdərə rayonunun Vəngli kəndinə qayıdan keçmiş məcburi köçkün Mirsədi Məhərrəmli sosial şəbəkədə video paylaşıb.
Ölkə.az xəbər verir ki, o, işlə təmin edilmədiyini, sosial vəziyyətinin çətin olduğunu bildirib.
"Bir il əvvəl bura qayıtmışıq. Amma Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəlik bizi işlə təmin etməyib", - o söyləyib.
M.Məhərrəmli deyib ki, ona görə də yol kənarında obyekt açıb dolanışıqlarını təmin edirlər:
"Yolun kənarında özümüzə şərait yaratmışdıq ki, dolanaq. İş-güc yoxdur, imkan vermirlər dolanaq".
Ölkə.az məsələ ilə bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəliyə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, keçmiş məcburi köçkünlərin işlə təmin olunması dövlətin sosial siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsi insanların dayanıqlı məşğulluğunun təmin edilməsidir:
"Bu çərçivədə keçmiş məcburi köçkünlərin müxtəlif sahələrdə işlə təmin olunması üçün geniş imkanlar yaradılır".
Konkret olaraq Mirsədi Məhərrəmli adlı keçmiş məcburi köçkünə gəlincə, onun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəlik tərəfindən guya işlə təmin olunmaması ilə bağlı sosial şəbəkələrdə səsləndirdiyi həqiqətə uyğun olmayan iddiaları ilə bağlı bunlar bildirilib:
"Mirsədi Məhərrəmli Ağdərə rayonunun Vəngli kəndində məskunlaşan keçmiş məcburi köçkündür. O, işlə təmin olunub. Avtoyuma və yanındakı kafe müqavilə əsasında həmin sakinə verilib. Həmin şəxs bunlardan əlavə qeyri-qanuni olaraq, özbaşına başqa bir obyekt (yol kənarında attraksion quraşdırıb) də işlədir. Həmin şəxsə bunun qanuna zidd olduğu izah edilib. Amma təəsüf ki, o, buna baxmayaraq ictimaiyyətə səhv məlumat verib. Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan bu cür məlumat yaymaq görülən işlərin obyektiv qiymətləndirilməsinə mənfi təsir göstərir, cəmiyyətdə yanlış fikir formalaşdırır".
Ölkə.az Mirsədi Məhərrəmli ilə imzalanan müqaviləni də əldə edib. Müqavilə 2026-ci il iyulun 21-də onunla "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin İcraçı direktoru Telman Kərimli arasında bağlanılıb.
Sənədə əsasən, M.Məhərrəmliyə Ağdərə rayonu, Vəngli kəndində yerləşən, tikinti altı sahəsi 95.7 kv.m, faydalı sahəsi 67.3 kv.m olan qeyri-yaşayış binası verilib. O, həmin əmlakı qəbul edib və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin etməyi üzərinə öhdəlik kimi götürüb.
Apardığımız araşdırma zamanı o da məlum oldu ki, hər iki obyekt hazırda işləyir.
Fəaliyyətinə qanuni formada icazə verilən və hazırda işləyən avtoyuma məntəqəsi və kafenin fotoları





Yolun kənarında yerləşən və Mirsədi Məhərrəmlinin söküldüyünü iddia etdiyi obyekt isə onun qanunsuz olaraq açdığı məkandır.
Həmin məkanın fotoları


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 930 Tarix: 19 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
06.11.2026 284 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
06.11.2026 225 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
06.11.2026 249 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
06.11.2026 221 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli
06.11.2026 165 Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm
06.11.2026 159 Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
06.11.2026 148 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
06.11.2026 234 Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri
06.11.2026 194