Həmin gün satıcı kimi rəfiqəsini əvəzləmişdi - Ronaldo Rodriqeslə tanışlığından danışdı

Həmin gün satıcı kimi rəfiqəsini əvəzləmişdi - Ronaldo Rodriqeslə tanışlığından danışdıKriştiano Ronaldo həyat yoldaşı Corcina Rodriqeslə ilk tanışlığından və münasibətlərinin necə başladığından danışıb.

Lent.az xəbər verir ki, onların tanışlığı 2016-cı ilin avqustunda Madriddəki "Gucci" mağazasında başlayıb. Həmin vaxt Corcina Rodriqes mağazada satıcı işləyirmiş. Maraqlıdır ki, həmin gün əslində işdə olmamalı imiş. O, rəfiqəsini əvəz etmək üçün növbəyə çıxıb.

Elə həmin gün Ronaldo 6 yaşlı oğlu Ronaldo Juniorla birlikdə mağazaya daxil olub. Futbolçu ilk görüşü xatırlayaraq əvvəlcə Corcinaya arxası tərəf dayandığını, daha sonra çevrilərək onu gördüyünü bildirib. Ronaldo həmin anı yuxuya bənzədib.

"O, həyatımın sevgisidir. Ümid edirəm ki, mən də onun həyatının sevgisiyəm", - Ronaldo deyib.

Corcina isə onların qarşılaşmasını təsadüf yox, tale hesab etdiyini bildirib. Onun sözlərinə görə, həmin gün iş yoldaşını əvəz etməsəydi, Ronaldo ilə yolları kəsişməyə bilərdi.

İlk görüşdən sonra cütlük zaman-zaman yenidən qarşılaşıb və münasibətləri inkişaf etməyə başlayıb. 2017-ci ilin yanvarında Corcina ilk dəfə Ronaldo ilə birlikdə rəsmi tədbirdə görüntülənib. Həmin ilin mayında isə futbolçu sosial şəbəkədə birgə fotolarını paylaşaraq münasibətlərini ictimailəşdirib.

Tanışlıqlarından 10 il sonra, avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində evlərində təşkil olunan qapalı mərasimlə nikahlarını rəsmiləşdiriblər. Toy mərasimində onların beş övladı da iştirak edib. Corcina toy üçün ağ "Gucci" kostyumu seçib. Bu seçim onların sevgi hekayəsinin məhz "Gucci" mağazasında başlamasına xüsusi işarə kimi qiymətləndirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1019   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

06.11.2026 225
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

06.11.2026 249
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

06.11.2026 221
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri

06.11.2026 194
.