Ermənistan Ukraynaya yaxınlaşır: Rusiya necə reaksiya verəcək?

Ermənistan Ukraynaya yaxınlaşır: Rusiya necə reaksiya verəcək?"Ermənistanın Ukrayna ilə münasibətləri son dövrdə nəzərəçarpacaq şəkildə intensivləşir. Ukrayna Prezidenti Volodimir Zelenskinin may ayında Ermənistana səfəri, ardınca yüksək səviyyəli təmasların artması və avqust ayında tərəflərin əməkdaşlığın yeni istiqamətlərini müzakirə etməsi göstərir ki, Kiyev-Yerevan xətti artıq təsadüfi diplomatik kontaktlar çərçivəsindən çıxır. Zelenski də avqustun 12-də Ermənistanla münasibətlərin daha konstruktiv xarakter aldığını bildirib.

Paşinyanın Ukraynaya mümkün səfəri isə bu prosesə siyasi məna baxımından əlavə çəki verə bilər. Çünki Ermənistan uzun illər Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqlərindən biri və forpostu hesab olunub. İndi isə Yerevanın Moskva ilə münasibətlərdə məsafəni artıraraq Qərb, Avropa və Ukrayna ilə əlaqələri genişləndirməsi Ermənistanın xarici siyasətində ciddi transformasiyanın getdiyini göstərir.

Hesab edirəm ki, Paşinyanın Kiyevə səfəri yalnız Ukrayna-Ermənistan münasibətləri kimi qiymətləndirilməməlidir. Burada daha geniş geosiyasi mesaj var ki, Ermənistan öz xarici siyasətində alternativlər axtarır və Moskvanın təsir dairəsindən tədricən çıxmağa çalışır. Artıq Ermənistan rəhbərliyi dəfələrlə Rusiyadan təhlükəsizlik asılılığının əvvəlki modelinin işləmədiyini vurğulayıb.

Təbii ki, Moskvanın buna münasibəti birmənalı və sakit olmayacaq. Rusiya üçün məsələ təkcə Ukrayna ilə Ermənistanın diplomatik əlaqələri deyil. Söhbət Cənubi Qafqazda geosiyasi təsir imkanlarının azalmasından gedir."

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ermənistan Ukraynaya yaxınlaşır: Rusiya necə reaksiya verəcək?Ekspert bildirib ki, Ermənistanın Ukrayna, Avropa İttifaqı və digər Qərb strukturları ilə yaxınlaşması Rusiyanın regiondakı əvvəlki mövqelərini zəiflədə bilər. Artıq Moskva ilə Yerevan arasında iqtisadi və siyasi ziddiyyətlərin artdığı da müşahidə olunur. Məsələn, iyul ayında Paşinyan Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlərin həlli üçün Prezident Putindən yardım istəyib.
Amma burada bir mühüm məqam var ki, Rusiya Ermənistanla münasibətlərin tam qırılmasında maraqlı deyil. Ona görə də Moskvanın reaksiyası ilk mərhələdə diplomatik təzyiq, iqtisadi rıçaqlar, informasiya siyasəti və siyasi mesajlar formasında özünü göstərə bilər. "Düşünürəm ki, Ermənistanın Ukrayna ilə yaxınlaşması dərinləşdikcə bu təzyiqlərin də artması mümkündür.
Digər tərəfdən, Paşinyan da Moskva ilə bütün körpüləri birdən-birə yandırmaq niyyətində deyil. Ermənistanın Rusiya ilə hələ də ciddi iqtisadi əlaqələri var. Deməli, Yerevanın siyasəti daha çox "Rusiyadan qopmaq"dan ziyadə "Rusiyadan asılılığı azaltmaq və alternativ tərəfdaşlar yaratmaq" strategiyasına bənzəyir.
Əslində Ermənistanın qarşısında yeni geosiyasi reallıq formalaşır. Azərbaycan-Türkiyə xətti, Avropa İttifaqı ilə yaxınlaşma, ABŞ-la əlaqələrin inkişafı və indi də Ukrayna ilə münasibətlərin dərinləşməsi Yerevanın xarici siyasət vektorunu dəyişir. Bu proses Cənubi Qafqazda Rusiyanın əvvəlki dominant rolunun zəifləməsinin daha bir göstəricisidir.
Məncə, Paşinyanın Kiyevə səfəri baş tutarsa, Moskva bunu adi diplomatik səfər kimi qəbul etməyəcək. Lakin Rusiyanın sərt reaksiyasının hansı həddə çatacağı Ermənistanın səfər zamanı verəcəyi siyasi mesajlardan, Ukraynaya münasibətdə tutacağı mövqedən və Rusiya ilə paralel dialoqu nə dərəcədə qoruyacağından asılı olacaq.
Əsas məsələ budur ki, Ermənistan artıq əvvəlki Ermənistan deyil. Rusiya da bunu görür. Yerevanın Ukrayna ilə yaxınlaşması isə həmin dəyişimin növbəti və kifayət qədər ciddi mərhələsidir." - deyə, B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 872   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

06.11.2026 355
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

06.11.2026 255
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

06.11.2026 249
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

06.11.2026 254
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

06.11.2026 399
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.