Kollecin əmlakları niyə anbardan götürülmür? - Cinayət işi açılıbmış

Kollecin əmlakları niyə anbardan götürülmür? - Cinayət işi açılıbmış"Bir ildən çoxdur ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə məxsus 35 ədəd kompüter və 15 ədəd printer Xırdalanda özəl anbarda qalıb. Anbar sahibinə də heç bir ödəniş edilmir".

"Qafqazinfo" xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.

Onun iddiasına görə, kollecin hazırkı rəhbərliyi sözügedən avadanlıqları götürmək istəmir: "Kolleci su basanda keçmiş rəhbərlik anbar sahibindən xahiş edib ki, müvəqqəti həmin avadanlığı anbarda yerləşdirsin. Kollecin yeni rəhbərliyi isə nə avadanlığı geri götürür, nə də anbar sahibinə icarə haqqı ödəyir. Kollecin keçmiş rəhbərliyinin Elm və Təhsil Nazirliyinə müraciətləri də cavabsız qalıb. Onlara bu avadanlıq lazım deyilsə, bəlkə, müraciət edək bizə bağışlasın? Əlbəttə, əgər BDU, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və Hesablama Palatası etiraz etmirsə. Etiraz edirlərsə, bir maraqlansınlar görək dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?.."

Ə.Həsənov saytımıza açıqlamasında bildirib ki, köhnə rəhbərlik işdən gedəndən sonra təzə gələn rəhbərliyə dəfələrlə bununla bağlı məlumat verilib: "Bu nə üzərinə həbs qoyulan, nə də müsadirə olunan əmlakdır. Əmlak kollecindir və oradan götürülməlidir. Dəfələrlə onların götürülməsi ilə bağlı indiki rəhbərliyə məlumat verilsə də, götürülmür".

İddialara aydınlıq gətirmək üçün Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə ünvanladığımız sorğuya belə cavab aldıq: "Sözügedən məsələyə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan araşdırma nəticəsində hüquqi qiymət veriləcək. İstintaq yekunlaşandan sonra qeyd olunan məsələyə dair məlumat verilə bilər".

Baş Prokurorluqdan isə sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

İbtidai istintaqın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

06.11.2026 355
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

06.11.2026 255
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

06.11.2026 249
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

06.11.2026 254
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

06.11.2026 399
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.