İsrailin Suriyaya zərbəsi Türkiyə ilə müharibəyə səbəb ola bilərdi - ABŞ rəsmisi

İsrailin Suriyaya zərbəsi Türkiyə ilə müharibəyə səbəb ola bilərdi - ABŞ rəsmisiThe Jerusalem Post yazır ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İsrailin Suriyanın İdlib yaxınlığındakı Əbu əl-Duhur aviabazasına endirdiyi zərbənin Türkiyə ilə birbaşa hərbi qarşıdurmaya gətirib çıxara biləcəyini bildirib.

BiG.AZ İsrail nəşrlərinə istinadən xəbər verir ki, Barrakın sözlərinə görə, İsrailin əməliyyatı Türkiyənin Suriyada hərbi qüvvələr yerləşdirməsi ilə bağlı narahatlıqlar fonunda baş verib. ABŞ rəsmisi hesab edir ki, hadisə daha da gərginləşsəydi, Türkiyənin hərbi təyyarələrinin prosesə cəlb olunması və vəziyyətin nəzarətdən çıxması mümkün idi.

The Times of İsrael isə yazır ki, İsrail zərbəni rəsmi şəkildə təsdiqləyib. Baş nazir Benyamin Netanyahunun ofisi bildirib ki, Dəməşqə əvvəlcədən xəbərdarlıq edilib və Suriyada Türkiyə qüvvələrinin yerləşdirilməsi İsrail üçün təhlükə hesab olunub. İsrail tərəfinin açıqlamasına əsasən, Suriya hökumətinə Türkiyə hərbçilərinin həmin ərazidə yerləşdirilməsinin İsrailin təhlükəsizliyinə təhdid yaradacağı bildirilib. Bundan sonra İsrail aviabazaya zərbə endirib.

Türkiyə isə İsrailin bu arqumentini qəbul etmir və hücumu kəskin şəkildə pisləyib. Ankara İsrailin Suriyadakı hərbi əməliyyatlarının regionda sabitliyi təhlükə altına qoyduğunu bildirib.

ABŞ araya girir

ABŞ nümayəndəsi Tom Barrak bildirib ki, Vaşinqton İsrail, Suriya və Türkiyə arasında mümkün hərbi insidentlərin qarşısını almaq üçün "dekonflikt" mexanizmi yaratmağa çalışır. Məqsəd tərəflərin hərbi qüvvələrinin bir-biri ilə toqquşmasının qarşısını almaqdır. Haaretz qəzetində 19 avqust tarixli canlı yayımında İsrailin zərbəsinin Türkiyənin Suriyada hərbi yerləşdirməsi ilə bağlı olduğunu və Ankaranın İsrailə qarşı sərt mövqe nümayiş etdirdiyini qeyd edir.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 815   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

06.11.2026 355
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

06.11.2026 255
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

06.11.2026 249
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

06.11.2026 254
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

06.11.2026 399
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.