700 il sonra üzə çıxan həqiqət: Tarixin ən bədbəxt əsgəri

700 il sonra üzə çıxan həqiqət: Tarixin ən bədbəxt əsgəriTarix səhifələri döyüş meydanlarında həyatını itirən saysız-hesabsız əsgərlə doludur. Lakin Şotlandiyadakı Stirlinq qalasında aşkarlanan bir skelet bəşəriyyətin şahid olduğu ən qeyri-adi və bədbəxt hadisələrdən birini sənədləşdirir.

Qaynarinfo xəbər verir ki, əsrlər əvvəl, hələ 20 yaşlarının əvvəlində olan bir gəncin qalıqları Paleopatologiya Cəmiyyətinin Avropa sessiyasında təqdim edilən elmi məlumatlarla diqqət mərkəzinə düşüb.

Bradford Universitetinin mütəxəssisi doktor Co Bakberrinin rəhbərliyi ilə araşdırılan və "Skelet 150" adlandırılan bu qalıqlar tarixdə nəhəng katapult mərmisinin birbaşa hədəfi olduğu və nəticədə həyatını itirdiyi sübut edilən ilk qurban hesab olunur.

Qalanın divarlarını dağıtmaq məqsədilə hazırlanmış 100 kiloqramlıq nəhəng daş parçası divarların o tayından atıldıqda bədbəxt gəncin bədəninə dəyib. Boyu cəmi 1,57 metr olan bu əsgərin sümükləri üzərində aparılan araşdırma sümük strukturunda 160-dan çox aşkar sınıq xəttini üzə çıxarıb.

Kəllənin 61 ayrı nöqtədən çatladığı, çiyin nahiyəsində dərin ziqzaqvari sınıqların yarandığı və qabırğalarda 60-a yaxın qeyri-adi, dişli zədələnmə izinin olduğu müəyyən edilib. Mütəxəssislər bədəndə yaranan bu miqyasda dağıntının təsirini müasir dövrdə yüksək sürətli qatar qəzaları və ya onlarla metr yüksəklikdən düşmə halları ilə müqayisə edirlər.

Sümüklərin vəziyyəti əsgərin yıxılmadığını, əksinə həmin anda ayaq üstə olduğunu və ya qaçmağa çalışdığını göstərdiyi üçün yüksəkdən yıxılma ehtimalı istisna edilib.

700 il sonra üzə çıxan həqiqət: Tarixin ən bədbəxt əsgəriSkelet ilk dəfə 1997-ci ildə Stirlinq qalasının kapellasının altında yerləşən doqquz ayrı məzardan birində aşkarlanıb. 1296-1304-cü illər arasında ingilislərlə şotlandlar arasında beş dəfə əl dəyişdirən qalada tapılan digər cəsədlərdə də qılınc və nizə izləri olub. Lakin "Skelet 150"dəki zədələrin miqyası əvvəlcə alimləri ciddi şəkildə təəccübləndirib.

Tarixi arxivləri araşdıran tədqiqatçılar İngiltərə kralı I Eduardın 1304-cü ildəki mühasirə zamanı "War Wolf" ("Müharibə canavarı") adlı nəhəng katapult düzəltdirdiyini müəyyən ediblər.

Dövrün qeydlərində divarları parça kimi deşdiyi bildirilən bu nəhəng döyüş maşınından atılan daşın qala divarları əvəzinə insan bədəninə dəyməsi, tarixin ən bədbəxt qurbanının sümüklərində yaranan dəhşətli zədələrin ən məntiqli izahı hesab olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 109   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyə brendləri Rusiya bazarını tərk edir

2022-ci ildən sonra Rusiya bazarına daxil olan bir sıra Türkiyə brendləri ölkədəki fəaliyyətlərini azaldır və ya mağazalarını tamamilə bağlayır. Bizim.Media xəbər verir ki, söhbət ən azı 10 Türkiyə brendindən gedir. Hazırda "Madame Coco", "Chakra", "NetWork", "OXXO"

22:00 1
.

Bakıda 52 yaşlı qadın evdən 10 minlik qızıl OĞURLADI

Bakının Yasamal rayonunda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. DİN mətbuat xidmətindən -a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlu

18:15 69
.

Ana 40 yaşında yenidən övlad dünyaya gətirir, böyük uşağı isə artıq ailə qurur - bu nə dərəcədə normaldır? - PSİXOLOQDAN AÇIQLAMA

Bəzən ailədə övladlar arasında 15-16 il, hətta daha çox yaş fərqi olur. Böyük övlad artıq yeniyetməlik dövrünü başa vurub müstəqil həyata hazırlaşdığı vaxt valideynlər yenidən övlad sahibi olmaq qərarına gəlirlər. Belə ailələr cəmiyyətdə birmənalı qarşılanmır. "Böyük uşağın artıq böyüyüb, indi yenidə

11:08 241
.

"Yaşıl Cümə" yenidən "İrşad"da!

21-31 avqust tarixlərində 70%-dək "Yaşıl Cümə" endirimləri başladı. - "İrşad" alış-verişi daha sərfəli edən ənənəvi "Yaşıl Cümə" kampaniyasına yenidən start verir. - 21-31 avqust tarixlərində keçiriləcək kampaniya zamanı elektronika, məişət texnikası, mebel və digər kateqoriyalard

14:43 171
.

Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi (TƏFƏRRÜAT)

Xırdalanda birlikdə yaşadığı qadının evdən çıxmasından istifadə edən şəxs onun qızıl-zinət əşyalarını oğurlayıb. Qaynarinfo xəbər verir ki, həmin şəxs qızılları tanımadığı mağazaya 1800 manata satıb, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına və borclarına xərcləyib. Hüquq mühafizə orqanlarına müraciətdə

12:30 251
.

ABŞ və Britaniyada xarici tələbələr azalır: Azərbaycan üçün yeni fürsət yaranıb? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

ABŞ və Böyük Britaniyada xarici tələbələrin sayında azalma ali təhsil sektorunda yeni mənzərə formalaşdırır. ABŞ-da beynəlxalq tələbələrin qəbulunda geriləmə, Böyük Britaniyada isə tələbə vizalarına müraciətlərin azalması universitetləri xarici tələbələr uğrunda rəqabəti yenidən nəzərdən keçirməyə vada

15:22 167
.

Kişi biskvit yeyən arvadını döyüb öldürdü

Qazaxıstanda kişi biskvit yeyən arvadını öldürüb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Cambıl vilayətinin Merken rayonunda qeydə alınıb. Kişi biskvit yeyən arvadını döyərək öldürüb. Hadisədən sonra qadının rəfiqəsi bildirib ki, əri ona mütəmadi olaraq fiziki zorakılıq tətbiq edib. Bundan başqa

19:15 1
.

Dayanacaqda ürəyi dayanan qadın CƏRİMƏLƏNDİ

Yeni Zelandiyada yaşayan 54 yaşlı qadın supermarketin dayanacağında ürəyi dayandıqdan bir neçə gün sonra cərimələnib. xarici KİV-ə istinadla bildirir ki, hadisə iyulun 26-da Oklend yaxınlığındakı Oreva şəhərində yerləşən "New World" supermarketinin qarşısında baş verib. Qadının vəziyyəti qəfi

20:00 1
.

150 ilin ən güclü istisi qapıdadır - Ərzaq da bahalaşacaq

Sakit okeanda güclənən "El Nino" hadisəsinin son 150 ilin ən güclülərindən birinə çevrilə biləcəyi ilə bağlı xəbərdarlıqlar artır. Alimlərin proqnozlarına görə, okeandan atmosferə böyük miqdarda istiliyin ötürülməsi qlobal istiləşmə ilə üst-üstə düşərək, 2027-ci ilin rekord isti il olmasın

23:30 1
.