Bu şeiri Azərbaycanda dillər əzbəridir - Bakıda adına meydan verilən Şevçenko kimdir?

Bu şeiri Azərbaycanda dillər əzbəridir - Bakıda adına meydan verilən Şevçenko kimdir?Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun xatirəsi Bakıda növbəti dəfə əbədiləşdirilib.
Ölkə.az-ın xəbərinə görə, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana Taras Şevçenkonun adı verilib.

Ədibin həmin abidəsi 2008-ci il iyunun 30-da açılıb. Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın o zamanki dövlət başçısı Viktor Yuşşenko mərasimdə iştirak ediblər. Mərasimndə Azərbaycan Dövlət xor kapellasının ifasında Taras Şevçenkonun məşhur əsərlərindən biri olan "Dumı moi dumı" əsəri səsləndirilib. Dövlət başçıları mərasimdə çıxış ediblər.

Taras Şevçenko kimdir?

Ukrayna şairi, rəssam, mütəfəkkir, inqilabçı-demokrat, Ukrayna ədəbiyyatı və təsviri sənətində tənqidi realizmin və inqilabi-demokratik cərəyanın banisi, T. Şevçenko 9 mart 1814-cü ildə təhkimli kəndli ailəsində doğulub. İlk təhsilini kənd keşişindən alıb, 1831-ci ildə sahibi ilə Sankt-Peterburq şəhərinə gəlib.

İlk kitabı "Kovzar" 1840-cı ildə nəşr olunub. "Kor qadın", (1842), "Muzdur qadın", (1845), "Marina" (1848) və s. romanlarında, "Taras gecəsi" (1838) tarixi poemasında T.Şevçenko milli azadlıq mübarizəsinə toxunub.

Əsərləri Ukrayna ədəbiyyatında siyasi lirika və satira janrlarının inkişafında mühüm rol oynayıb. 1847-ci ildə xəyanət nəticəsində həbs edilib, Orsk qalasına sürgünə göndərilib. 10 il (1847-1857) sürgündə qalan Şevçenko yalnız I Nikolayın ölümündən sonra azadlığa çıxıb. Sürgün illərində rus dilində avtobioqrafik səciyyəli "Çalğıçı" (1854-1855), "Bədbəxt", "Kapitan arvadı", "Əkizlər", "Rəssam" (1856) və s. realist povestlərini yazıb.

Ukrayna ədəbiyyatının inkişafında T.Şevçenkonun müstəsna xidmətləri olub. Əsərləri dünya xalqları dillərinə tərcümə edilib.

Taras Şevçenko rəssam kimi də məşhurdur. O, 1838-1845-ci illərdə Sankt-Peterburq Rəssamlıq Akademiyasında oxuyub, K.P.Brullovdan dərs alıb.

Realist meyillər T.Şevçenkonun erkən yaradıcılığında meydana gəlib, sürgündə yaratdığı rəsmlərində kəskin ifşaedici qüvvə kəsb etmişdir.

O, sürgündən qayıtdıqdan sonra çoxlu qravyüralar yaradıb, 1860-cı ildə mis üzərində qravürlərinə görə akademik adı alıb. T.Şevçenkonun "Çimən Virsaviya" (1860) əsəri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.

1861-ci il fevralın 26-da vəfat edib. Həmin ilin mayında vəsiyyətinə görə Kaver yaxınlığında, Dnepr sahilindəki Çerneçyada dəfn edilib.

SSRİ-də Şevçenko adına Respublika Mükafatı təsis olunmuşdu.

Onun "Vəsiyyət" adlı şeiri Azərbaycanda dillər əzbəridir. Həmin şeri təqdim edirik:

Mən öləndə, məni basdırarsınız,

Yüksək bir təpədə, bir dağ başında.

Elə bir yerdə ki, görünsün yalnız

O gözəl Ukrayna... Onun daşında,

Onun tarlasında, geniş çölündə,

Mən öləndən sonra, görüm nələr var!

Sevdiyim Dneprin şən sahilində

Nədən söhbət açır quduz dalğalar!

Mənim Ukraynamdan yuyub aparsa ,

Dnepr yad qanını mavi dənizə,

Onda mən sözümü deyərəm qısa,

Unudub tarlanı, dağı… nə isə,

Son verib fəğana, son verib aha,

Dua eyləyərəm onda Allaha.

Çiçək açmayınca bax, bu arzular,

Edərəm yenə də hər şeyi inkar.

Məni basdırınız, üsyan ediniz,

Qırıb yox ediniz o qandalları.

Düşmənin qanını axıtmaqla siz

Azad olarsınız, biliniz barı.

Mən isə gələcək böyük, şən, xoşbəxt,

O azad və yeni ailənizdə

Xatırlayarsız, hər zaman hər vaxt,

Adımı çəkərək şən dilinizdə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 948   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

06.11.2026 225
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

06.11.2026 249
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

06.11.2026 221
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri

06.11.2026 194
.