Canavar zənn edib qaranlığa ATƏŞ AÇDI - Arvadını öldürdü
Türkiyənin Elazığ şəhərində tövləyə girən canavarı vurmaq istəyən kişi səhvən həyat yoldaşını öldürüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Meşəli kəndində baş verib. İki gün əvvəl xırdabuynuzlu heyvanların saxlanıldığı tövləyə canavarların girdiyini görən 61 yaşlı M.K. mümkün hücumun qarşısını almaq üçün ov tüfəngi ilə gecə növbəsi çəkib.
Gecə saatlarında tövlədən səs eşidən kişi canavarların yenidən gəldiyini düşünərək qaranlıqda səs gələn istiqamətə atəş açıb. Daha sonra tövləyə daxil olan M.K. 51 yaşlı həyat yoldaşı Hasret Kuşu qan içində tapıb.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları qadının öldüyünü müəyyənləşdiriblər. Onun meyiti ekspertiza üçün Fırat Universiteti Xəstəxanasının morquna aparılıb.
M.K. jandarma əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 628 Tarix: 18 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914