Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hərəkətdə olan VAZ-2106 və KIA markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib.
Oxu.Az "Xəzər" TV-yə istinadən hadisə yerindən görüntüləri təqdim edir:
21:48
Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada ölənlərin sayı artıb.
BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, yaralılardan VAZ-2106 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Əlizamin Aslanov ölüb.
20:48
Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.
BiG.AZ APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2018-ci il təvəllüdlü Z.Vəliyeva və 1992-ci il təvəllüdlü H.Həmzəyeva həyatını itirib.
Hadisə zamanı 1981-ci il təvəllüdlü Ə.Aslanov, 1982-ci il təvəllüdlü A.Cəfərli, 1976-cı il təvəllüdlü Z.Hüseynova, 1976-cı il təvəllüdlü S.Hüseynli, 1973-cü il təvəllüdlü E.Hüseynov, 1972-ci il təvəllüdlü E.Hüseynli, 2021-ci il təvəllüdlü Q.Aslanov və 14 yaşlı Z.Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan bəzilərinin müalicəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, digərlərinin isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində davam etdirilir.
Qeyd edək ki, qəza Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi "KIA Sorento" markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakinləri, 1981-ci il təvəllüdlü Ə.Aslanovun idarə etdiyi VAZ-2106 markalı avtomobilin toqquşması nəticəsində baş verib.
20:22
Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 7-yə çatıb.
BiG.AZ xəbər verir ki, bu barədə APA məlumat yayıb.
19:58
Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində ölən iki şəxsin kimliyi məlum olub.
BiG.AZ APA-ya istinadən xəbər verir ki, onlar 2009-cu il təvəllüdlü E.Məmmədov və 1988-ci il təvəllüdlü İ.Məmmədovadır.
Qəza zamanı daha beş nəfərin xəsarət aldığı bildirilir.
19:08
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.
BiG.AZ APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində həlak olanların sayı 5-ə yüksəlib.
Məlumata görə, ölənlər arasında iki uşaq da var.
18:38
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BiG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan VAZ-2106 markalı avtomobillə KIA markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində dörd nəfər ölüb, xəsarət alanlar var.
Hadisə ilə bağlı araşdırma aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1395 Tarix: 17 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?
Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin
06.11.2026 233 Timsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ
Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy
06.11.2026 282 Kişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
06.11.2026 292 Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
06.11.2026 288 Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
06.11.2026 278 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
06.11.2026 245 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
06.11.2026 258 Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi
Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər
06.11.2026 219 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
06.11.2026 249