Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib?

Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib?Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin sabiq direktoru, rüşvət almaqda təqsirləndirilən Cavad Səfərovun cinayət işinin bəzi detalları məlum olub.

BiG.AZ Pravda.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama əsasən, təqsirləndirilən şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2012-ci il tarixli əmri ilə paytaxtın Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Daha sonra o, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2014-cü il tarixli əmri ilə 2016-cı ilədək həmin məktəbin direktoru vəzifəsini icra edib.

Məlumata görə, 1964-cü il təvəllüdlü Cavad Səfərov məktəb direktoru vəzifəsini icra etdiyi dövrdə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs olub. O, məktəbdə şagirdlərin sayı az olan siniflərdən komplekt siniflərin təşkil edilməsi, ştat cədvəlinin hazırlanması, kadrların seçilməsi və işə qəbul edilməsi, habelə işçilərin əməkhaqlarının müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətlərə malik olub.

Bundan başqa, ittihamda qeyd edilir ki, təqsirləndirilən şəxs məktəbin tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılmasına, məktəbə məxsus əmlakın qorunmasına və təyinatı üzrə istifadəsinə cavabdeh şəxslərin müvafiq əmrlə təyin edilməsinə dair səlahiyyətlərə malik olub.

İttihama görə, hadisə 2015-ci ilin avqust ayının əvvəllərində baş verib. Həmin vaxt məktəbdə direktor vəzifəsini icra edən Cavad Səfərova tanışı Ruxsarə Babayeva müraciət edərək təsərrüfat işləri üzrə müdir vəzifəsinə təyin olunmasını istəyib. Təqsirləndirilən şəxs həmin qadının xeyrinə edəcəyi hərəkətə görə - onu məktəbə xadimə kimi işə qəbul etməsi, faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə şərait yaratması və xidmət üzrə ümumi himayədarlıq göstərməsi müqabilində ondan 6 000 manat rüşvət istəyib. Pul məktəbin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası ərazisində yerləşən inzibati binasındakı xidməti otaqda tələb edilib.

2015-ci ilin avqust ayının sonlarında Ruxsarə Babayeva Cavad Səfərova xidməti otağında 5 500 manat pul verib. Bundan sonra təqsirləndirilən şəxsin 2015-ci il tarixli əmri ilə Ruxsarə Babayeva həmin məktəbdə xadimə vəzifəsinə təyin edildiyi bildirilir.

İstintaqın gəldiyi nəticəyə görə, Cavad Səfərov bununla həmin şəxsin faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz şərait yaradıb və aldığı pul müqabilində ona xidmət üzrə ümumi himayədarlıq edib.

Beləliklə, cinayət işi üzrə ittiham tərəfinin mövqeyinə əsasən, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən istifadə etməklə Ruxsarə Babayevanın xadimə vəzifəsinə qəbul edilməsinə və faktiki olaraq daha yüksək səlahiyyətlərə malik işi həyata keçirməsinə şərait yaratmaq müqabilində əvvəlcə 6 000 manat tələb edib, 5 500 manat rüşvət alıb.

Məhkəmə iclasında ifadə verən Cavad Səfərov isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Ruxsarə Babayeva 2015-ci ilin oktyabrında onun yanına gələrək işsiz olduğunu və məktəbdə xadimə işləmək istədiyini deyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt məktəbdə boş ştat olub və o, qadını işə götürəcəyini bildirib, daha sonra sənədlərini alıb. O, Ruxsarə Babayevanın vəzifəsinin məktəbin təmizlik işlərini həyata keçirməkdən ibarət olduğunu deyib.

Cavad Səfərov məhkəmədə söyləyib ki, təsərrüfat işləri üzrə müdiri vəzifəsi eyni zamanda direktor müavini vəzifəsidir və həmin vəzifəyə şəxsin işə qəbul edilməsi məktəb direktorunun səlahiyyətində deyil: "Bunun üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri tələb olunur".

Təqsirləndirilən şəxs bu səbəbdən Ruxsarə Babayevanın təsərrüfat işləri üzrə müdir vəzifəsinə təyin etmək səlahiyyətinin olmadığını bildirib. O, qadından bunun müqabilində hər hansı məbləğdə pul almadığını vurğulayıb.

Cavad Səfərov bildirib ki, Ruxsarə Babayevanın müraciəti əsasında onu yalnız texniki işçi kimi işə qəbul edib və bunun üçün ondan heç bir pul almayıb.

O, həmçinin Ruxsarə Babayevaya hər hansı məbləğdə pul qaytarmadığını da deyib.

Məhkəmədəki ifadəsində təqsirləndirilən şəxs məktəbdə anbarın açarının və mallara nəzarətin təsərrüfat müdirində olduğunu, digər şəxsin isə anbara müdaxilə etmək səlahiyyətinin olmadığını əlavə edib.

Cavad Səfərovun sözlərinə görə, xadimələr arasında iş bölgüsünü də təsərrüfat işləri üzrə direktor müavini həyata keçirib.

Hökmə əsasən, Cavad Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq direktorun cəzası şərti hesab edilməklə ona iki il sınaq müddəti təyin edilib. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, baş vermiş cinayət hadisəsinin üstündən xeyli müddət keçməsini, keçmiş məcburi köçkün olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 763   Tarix: 17 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

06.11.2026 308
.

Timsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ

Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy

06.11.2026 282
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

06.11.2026 254
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

06.11.2026 399
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

06.11.2026 288
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

06.11.2026 225
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.