Bu ölkənin küçələrinə bir milyon ağac əkiləcək: məqsəd nədir?
Ağaclar istilik hissiyatını əhəmiyyətli dərəcədə azalda bilir, lakin belə bir üsulun həm üstünlükləri, həm də mənfi cəhətləri var. Bir çox meqapolis həddindən artıq istiliklə mübarizə aparmaq üçün yüksək texnologiyalı sistemlərə milyardlarla dollar sərmayə qoyarkən, Sinqapur sadə yolla getdi - kütləvi ağac əkilməsinə üstünlük verdi.
Lent.az xarici mediaya istinaən göstərir ki, sıx kölgə təkcə küçələri daha rahat etmir, həm də hava temperaturunu aşağı sala bilir. Ağaclarla kölgələnən küçələr 0,9-2,6 dərəcə Selsi daha sərin ola bilər. Sinqapur üçün bu, xüsusilə vacibdir, çünki burada istilik həddini aşma göstəricisi orta hesabla 4 dərəcəyə çatır, ən isti saatlarda isə hətta 7 dərəcəni ötə bilər.
Sinqapurda aparılan tədqiqatlar nə göstərdi?
Artıq Sinqapur küçələrində aparılan daha yeni tədqiqatlar bir qədər başqa mənzərə ortaya qoydu.
2024-cü ilin sonlarında alimlər 20 cüt sahəni müqayisə etdilər - birbaşa günəş şüaları altında və ağacların, çətirlərin, avtobus dayanacaqlarının və binaların kölgəsində olanlar. Məlum oldu ki, kölgədə hava temperaturu təxminən 1 dərəcə aşağı düşür, lakin insanlar fərqi qat-qat güclü hiss edirdilər.
Temperaturu, rütubəti, günəş radiasiyasını və havanın hərəkətini nəzərə alan universal istilik iqlimi indeksindən (UTCI) istifadə edən tədqiqatçılar müəyyən etdilər ki, kölgə ətraf mühiti orta hesabla 3,1 dərəcə daha rahat edir. Ağac çətirlərinin ərazinin təxminən 80%-ni örtdüyü rayonlarda təsir 3-5 dərəcəyə çatırdı.
Tədqiqat müəlliflərinin sözlərinə görə, ağaclara abadlıq elementi kimi deyil, xüsusilə açıq havada hər gün çox vaxt keçirən insanlar üçün tamhüquqlu şəhər infrastrukturu kimi baxılmalıdır.
Sinqapurun isti və rütubətli iqlimi üçün yay aylarında potensial enerjiyə qənaət 6-9% qiymətləndirilir. Ər-Riyad və ya Finiks kimi daha quru şəhərlərdə bu göstərici düz 17%-ə çata bilər. Bununla belə, alimlər xəbərdarlıq etdilər: yüksək rütubət şəraitində həddindən artıq çox ağac əks təsir göstərə bilər. Suyunu buxarlandıraraq, bitkilər havanın rütubətini artırır və kondisionerlər onu aradan qaldırmaq üçün əlavə enerji sərf etməli olurlar.
Tədqiqatçılar hesab edirlər ki, belə şəhərlərdə optimal ağac örtüyü sahəsi təxminən 40% təşkil edir.
Sinqapur hakimiyyəti miqyaslı yaşıllaşdırma proqramını davam etdirir. "Bir milyon ağac" təşəbbüsü çərçivəsində ölkə bir milyon yeni ağac əkməyi planlaşdırır. Hazırda məqsədə artıq 2027-ci ilin sonuna - ilkin müddətdən üç il əvvəl nail olunacağı gözlənilir.
Lakin mütəxəssislər xatırladırlar ki, effekt dərhal görünməyəcək. Gənc ağacın nəzərəçarpacaq kölgə təmin etməyə qadir çətir formalaşdırması üçün təxminən 10 il lazımdır.
Məhz buna görə də alimlər birləşdirilmiş yanaşma tövsiyə edirlər: ağacları böyüməsini gözləmək mümkün olan yerlərdə əkmək, günəşdən qorunmağa dərhal ehtiyac duyulan yerlərdə isə çətirlərdən və digər süni konstruksiyalardan istifadə etmək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 847 Tarix: 11 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 306 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor
00:42 266 Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab
14.11.2026 241 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 125 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə
14.11.2026 410 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə
01:50 447 Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd
14.11.2026 229 Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
01:14 312