Məhərrəm ayının başlama tarixi və Aşura gününün VAXTI AÇIQLANDI

Məhərrəm ayının başlama tarixi və Aşura gününün VAXTI AÇIQLANDIAzərbaycanda Məhərrəm ayı 16 iyun tarixinə, Aşura günü isə 25 iyun tarixinə təsadüf edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciətində qeyd edilib.

Bildirilib ki, Qazılar Şurası olaraq dindarlar xatırladılır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinə görə qəbuledilməzdir:

"Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, qazılar və imamlar AR "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir".

Fətvada qeyd edilib ki, Məhərrəmlik dönəmində önəmli tədbirlərdən biri qanvermə aksiyasıdır:

"Bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 878   Tarix: 13 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dağ-mədən və metallurgiyada rəqəmsal dönüş: Yeni dövlət proqramı nə vəd edir?

"Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün hazırlanan yeni Dövlət Proqramı sənayenin gələcəyini rəqəmsal transformasiya və süni intellekt (Sİ) texnologiyaları ilə əlaqələndirməyi hədəfləyir". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"

15:11 125
.

Hava ilə bağlı - Xəbərdarlıq

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı

15:36 120
.

Azərbaycanın metallurgiya strategiyası: xammaldan hazır məhsula

"Metallurgiya sahəsinin inkişafına dair Dövlət Proqramının əsas iqtisadi əhəmiyyəti Azərbaycanın xammal ixrac edən ölkədən daha çox əlavə dəyər yaradan sənaye ölkəsinə çevrilməsi baxımından qiymətləndirilə bilər. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə proqramın 2027-2030-cu illər

12:28 140
.

Vahid məktəbli forması: məqsəd, qaydalar və yanaşmalar - ARAŞDIRMA

Yeni tədris ilinin başlanması ilə şagirdlərin məktəb geyimi məsələsi yenidən diqqət mərkəzinə çevrilir. Vahid məktəbli formasının tətbiqi ilə bağlı həm valideynlər, həm də təhsil ictimaiyyəti arasında müxtəlif fikirlər mövcuddur. Məktəbli forması ilə bağlı əsas qaydalar Nazirlər Kabinetinin 17 mart 2022-c

09:28 160
.

"Yaxın Şərqdə yeni güc balansı formalaşır və Türkiyə bu balansın kənarında deyil, bilavasitə içərisindədir" - BƏHRUZ QULİYEV

"Türkiyə Xarici İşlər naziri Hakan Fidanın Səudiyyə Ərəbistanının təhlükəsizliyi ilə bağlı son açıqlamasına yalnız Türkiyə-Səudiyyə münasibətləri çərçivəsində baxmaq düzgün olmazdı. Burada daha böyük və daha ciddi regional proses gedir. Hakan Fidan açıq şəkildə bildirib ki, Səudiyyə Ərəbistanını

12:24 204
.

"Təbii ehtiyatların səmərəli istifadə olunması, qeyri-neft sektorunun inkişafı dövlətin əsas prioritetlərindən biridir" - RASİM QULİYEV

"Azərbaycanın həm verimli torpaqları, həm təbii ehtiyatları baxımından çox zəngin bir hissəsi artıq qırx ilə yaxın bir müddətdə istifadəmizden kənarda qalmışdı. Zəfər qələbəmizə qədərki müddətdə təbii sərvətlərimiz Ermənistan və beynəlxalq şirkətlər tərəfindən vəhşicəsinə istismar edilmiş, qiymətl

12:45 197
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

13:03 164
.

Martin Ryan azadlığa buraxıldı

Prezident İlham Əliyevin Sərəncamı ilə əfv edilmiş fransalı məhkum Martin Ryan azadlığa buraxılıb. "Qafqazinfo" xəbər verir ki, xarici məhkum bir az əvvəl Lənkərandakı cəzaçəkmə müəssisəsindən azad edilib. Qeyd edək ki, M.Ryan bu ilin martında casusluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqda

16:30 0
.

Zelenski-Tramp danışıqlarından sonra Rusiya Kiyevi dronlarla vurdu

Rusiya çərşənbə günü Kiyevə dron hücumları ilə zərbələr endirib, dəmir yolu infrastrukturuna, anbarlara və yanacaqdoldurma məntəqələrinə zərbələr endirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Prezident Vladimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla sülh səylərini müzakirə etmək üçün görüşməsində

15:11 133
.