Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) növbəti fişinq kampaniyası aşkarlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə MKA məlumat yayıb.
Məlumata görə, aparılan monitorinqlər nəticəsində müəyyən edilib ki, kiberdələduzlar bir sıra yerli qurumların əvvəlcədən ələ keçirilmiş rəsmi imeyl hesablarından istifadə edərək fişinq məktubları yayırlar:
"Belə ki, dələduzlar tanış və etibarlı görünən ünvanlardan "Shared a File" və ya "New secure message from" başlıqlı məktublar göndərərək istifadəçiləri saxta sənəd portallarına yönləndirlər".
Bildirilib ki, məktublardakı keçidlər legitim freshdesk.com platformasında yerləşdiyi üçün təhlükəsizlik alətlərindən yayınır. Keçidə daxil olan istifadəçi avtomatik olaraq iphro.nobeienergy[.]com ünvanında yerləşən saxta "Microsoft" giriş səhifəsinə yönləndilir:
"Bu səhifə real "Microsoft" giriş səhifəsinə oxşayır və istifadəçinin daxil etdiyi istifadəçi adı, şifr və təsdiq kodunu (MFA/2FA) real vaxt rejimində ələ keçirir. Nəticədə kiberdələduzlar yaradılmış çərəzi ("cookie") oğurlayır və ikifaktorlu doğrulamadan yan keçərək hesaba birbaşa giriş əldə edirlər".
Agentlik istifadəçilərə tövsiyə edib ki, gözlənilməyən "paylaşılmış sənəd" və ya "təhlükəsiz mesaj" məzmunlu imeyllərdəki keçidlərə daxil olmasınlar:
"Belə məktubların doğruluğunu göndərən şəxslə alternativ kanal vasitəsilə dəqiqləşdirsinlər, giriş zamanı ünvan sətrində yalnız rəsmi login.microsoftonline.com ünvanının olduğuna əmin olsunlar və şifr ilə təsdiq kodlarını şübhəli səhifələrə daxil etməsinlər".
"Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Milli Kibertəhlükəsizlik Agentliyinin elektron poçt ünvanı [email protected] və ya "1654" qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur", - deyə məlumatda qeyd olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 606 Tarix: 12 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Xammalın ölkə daxilində emalı genişlənir" - Açıqlama
Azərbaycan 2027-2030-cu illəri əhatə edəcək Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı ilə mineral resursların iqtisadi dövriyyəyə daha səmərəli cəlb edilməsini və bu sahədə yeni istehsal zəncirinin formalaşdırılmasını hədəfləyir. Azərbaycanın zəngin mineral resurs potensial
13:49 146 Tramp İran nümayəndələri ilə görüşmək istəyir
ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclası çərçivəsində İran nümayəndələri ilə görüşməyə ümid edir. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Kanalın məlumatına görə, Tramp müşavirlərinə "şərtlər uyğun olarsa", Nyu-Yorkda İran rəsmiləri ilə görüş təşkil etmək istədiyini bildirib
11:36 146 Azərbaycan dağ-mədən sənayesinin yeni yüksəlişi
Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir. Respublikamızda filiz çıxarılması və metallurgiyanın inkişafı Gədəbəy, Daşkəsən və digər bölgələrdə qədim zamanlardan başlayıb. 1636-cı ildə alman alimi Adam Oleari Gədəbəy və Daşkəsən yataqlarından mis və dəmir filizinin çıxarılması haqqında məluma
14:33 188 Azərbaycanın metallurgiya strategiyası: xammaldan hazır məhsula
"Metallurgiya sahəsinin inkişafına dair Dövlət Proqramının əsas iqtisadi əhəmiyyəti Azərbaycanın xammal ixrac edən ölkədən daha çox əlavə dəyər yaradan sənaye ölkəsinə çevrilməsi baxımından qiymətləndirilə bilər. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə proqramın 2027-2030-cu illər
12:28 146 Moskva İrəvanın Aİ-yə inteqrasiya kursunu şərh etdi
Rusiya hesab edir ki, Ermənistan Avropaya inteqrasiyanın mümkün təhlükələrini obyektiv şəkildə qiymətləndirir. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov RİA Novosti-yə müsahibəsində bildirib. "Ölkənin inkişaf vektorunu
12:17 143 Trampın reytinqi Respublikaçılarda narahatlıq yaradıb
ABŞ Respublikaçılar Partiyasının üzvləri noyabrın 3-də keçiriləcək ara seçkilərdə Konqresin hər iki palatasında çoxluğu qorumağa çalışarkən, prezident Donald Trampdan getdikcə daha çox uzaqlaşırlar. xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, respublikaçıla
11:22 146 Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir
Azərbaycan iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır və bununla əlaqədar müvafiq Dövlət Proqramı hazırlanıb. Proqramın hazırlanması ilə bağlı aprel ayında Ölkə başçısı tərəfindən müvafiq Sərənca
14:23 186 Məktəbli forması ilə bağlı yeni tələblər: Hansı geyimlərə icazə verilməyəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə şagirdlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Nazirlər Kabinetinin son qərarı ilə məktəbli formasının vahidliyini pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilməyəcək. Yeni tələblər valideynlərin də üzərinə müəyyən məsuliyyə
11:57 193 Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
12:16 150