İqtisadi inkişafın açarı: keyfiyyətli insan kapitalı

İqtisadi inkişafın açarı: keyfiyyətli insan kapitalı"Doğum səviyyəsinin azalmasını avtomatik olaraq iqtisadi fəlakət kimi qiymətləndirmək doğru yanaşma deyil".

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

O, qeyd edib ki, müasir dünyada ölkələrin gücü əhalinin sayından daha çox insan kapitalının keyfiyyəti ilə ölçülür. Əsas məsələ neçə nəfər olmağımız deyil, mövcud insan resurslarından nə dərəcədə səmərəli istifadə edə bilməyimizdir. Biz əlimizdə olan insan resurslarını keyfiyyətli təhsil, müasir səhiyyə sistemi və yüksək həyat standartları ilə təmin etməyi, nəticədə isə yüksək məhsuldarlığa malik insan kapitalı formalaşdırmağı düşünməliyik:

"Azərbaycanda da əsas problem işçi qüvvəsinin sayından çox əmək məhsuldarlığı, təhsilin keyfiyyəti və iqtisadi idarəetmənin effektivliyi ilə bağlıdır.

Bununla belə, hesab edirəm ki, dövlət demoqrafik siyasətə daha həssas yanaşmalıdır. Yeni doğulan uşaqlara verilən birdəfəlik müavinətlər artırılmalı, hər bir uşaq üçün aylıq sosial dəstək mexanizmi - "uşaq pulu" tətbiq edilməlidir. Ailələrin üzərindəki sosial və maliyyə yükünün azaldılması doğum səviyyəsinə müsbət təsir göstərə bilər.

Demoqrafiya mühüm amildir, lakin iqtisadi rifahın yeganə göstəricisi deyil. Əsas məqsəd əhalinin sayını artırmaqla yanaşı, keyfiyyətli insan kapitalı formalaşdırmaq, əmək məhsuldarlığını yüksəltmək və dayanıqlı iqtisadi inkişaf modelini qurmaq olmalıdır.

Loru dillə desək, iyirmi sıravi insan yetişdirməkdənsə, cəmiyyətə böyük töhfə verə biləcək bir alim, bir ixtiraçı və ya bir mütəxəssis yetişdirmək daha dəyərlidir. Tarix də göstərir ki, bəzən bir insanın yaratdığı dəyər on minlərlə insanın əməyinə bərabər ola bilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 648   Tarix: 12 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

19:30 179
.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

16:50 179
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 188
.

Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək

Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi

19:04 188
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 131
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 287
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

11:56 255
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 229
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

21:51 1
.