Bosch-dan qiymət xəbərdarlığı: Elektronika bahalaşa bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Bosch-dan qiymət xəbərdarlığı: Elektronika bahalaşa bilər - İQTİSADÇIDAN AÇIQLAMADünyanın aparıcı texnologiya və məişət texnikası istehsalçılarından biri olan Bosch elektronika məhsullarının istehsalında istifadə olunan detalların və komponentlərin qiymətinin artdığını açıqlayıb. Şirkət bu səbəbdən yaxın dövrdə məhsul qiymətlərində artımın qaçılmaz ola biləcəyini bildirib. Qlobal bazarda müşahidə olunan bahalaşma fonunda Azərbaycanda da elektronika və məişət texnikası qiymətlərinin artacağı ilə bağlı narahatlıqlar gündəmə gəlib.

Xüsusilə son illərdə logistika xərclərinin yüksəlməsi, yarımkeçirici çatışmazlığı və valyuta bazarındakı dəyişikliklər texnologiya sektoruna ciddi təsir göstərir. Bu faktorlar beynəlxalq brendlərin qiymət siyasətinə birbaşa təsir etdiyi üçün Azərbaycan bazarında da televizor, soyuducu, paltaryuyan, telefon və digər elektronika məhsullarında qiymət dəyişiklikləri istisna edilmir.
Bosch-dan qiymət xəbərdarlığı: Elektronika bahalaşa bilər - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Bosch şirkətinin elektronika məhsullarının istehsalında istifadə olunan detalların bahalaşdığını açıqlaması qlobal bazarda qiymət artımına səbəb ola bilər. Əgər istehsal xərcləri yüksəlirsə, şirkətlər adətən bu artımın bir hissəsini məhsul qiymətlərinə əlavə edirlər. Onun sözlərinə görə, Azərbaycan elektronika məhsullarının böyük hissəsini idxal etdiyi üçün dünya bazarında baş verən qiymət dəyişiklikləri yerli bazara da təsir göstərə bilər: "Bosch məhsullarının qiymətinin artması ilə yanaşı, digər istehsalçılar da oxşar problemlərlə üzləşərsə, məişət texnikası və müxtəlif elektronika məhsullarında bahalaşma müşahidə oluna bilər.

Bununla belə, Azərbaycanda qiymətlərə yalnız istehsal xərcləri deyil, valyuta məzənnəsi, logistika xərcləri, gömrük rüsumları və satıcıların qiymət siyasəti də təsir edir. Ona görə də Bosch-un açıqlaması bazarda müəyyən bahalaşma riskini artırsa da, qiymət artımının miqyası bu amillərdən asılı olacaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 620   Tarix: 12 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

19:30 179
.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

16:50 179
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 188
.

Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək

Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi

19:04 188
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 131
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 287
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

11:56 255
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 229
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

21:51 1
.