Kirayə bağ evlərinin qiyməti qalxır? - Bu tarixdən
Havalar isindikcə bağ evlərinin kirayə bazarı açılır. İstər Bakıda və Abşeronda, istərsə də turizm turizm bölgələrindəki bağ evlərinə hər il müraciət olunur.
Bəs görəsən, bu il ötən illərə nisbətən kirayə qiymətlərində artımlar gözlənilir?
Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov Lent.az-a açıqlamasında bildirib ki, bu il Azərbaycana turist axını artacaq:
"Turizmin perspektivləri həm daxili bazarda olan potensial müştərilərin sosial-maddi vəziyyəti, həm də xarici və daxili bazardakı təkliflərlə sıx bağlıdır. Bu il dünyada, xüsusən də İran və Ərəb körfəzi ölkələrində olan siyasi vəziyyət beynəlxalq turizmə ciddi təsir edir və edəcək. Həmin ölkələrə olan turizm axınının kifayət qədər aşağı düşməsi gözlənilir, həmçinin, artıq turların bir çoxu ləğv olunur və turistlər alternativ ölkələrə yönəlirlər. Bu baxımdan Azərbaycana əvvəlki illərdən fərqli olaraq, daha böyük turizm axını proqnozlaşdırılır. Sözsüz ki, bu, daxili bazara da təsir edəcək.
Nəzərə almaq lazımdır ki, daxili bazar iki seqmentdən asılıdır - daxili bazara yönəlmiş turistlər və Azərbaycan vətəndaşlarının xarici ölkələrə axını. Sözsüz ki, xaricə gedənlərin də istiqaməti dəyişəcək. Ərəb körfəzi ölkələrinə səfər etmək istəyən turistlərin sayı kifayət qədər azalacaq, bununla yanaşı Türkiyədə turizm potensialının artırılması gözlənilir. Az-çox bu da, daxili bazara təsir edəcək.
Daxili bazarda daha geniş də populyar olan seqment, "Sea Breeze" ərazisidir. Burada yeni infrastrukturlar yaradılır. Növbəti ildən bazara çıxış imkanları daha da artacaq. Lakin "Sea Breeze" əvvəlki illərdən fərqli olaraq bu il böyük bir təklif verir.
Bu ilin perspektivi odur ki, Bakı və Abşeron ərazisinə axın çoxalacaq. Regionlarda hələ ki, əvvəlki illərdən fərqli turizm axını gözlənilmir. Beynəlxalq turizm üçün maraqlı olan əsas rayon Qəbələdir. Qəbələ yolunun təmir olunması ilə əlaqədar həmin əraziyə axın çoxalacaq.
Pandemiyadan sonrakı dövrdə, 2021-2022-ci ildə Bakı və Abşeron ərazisində böyük həcmdə əmlak bazara çıxmışdı, qiymətlər stabilləşmişdi. Hazırda kirayə bazarı da kifayət qədər dolub. İyun ayının 15-dən sonra Bakı və Abşeron ərazisində yerləşən bağ evlərinin kirayə qiymətləri formalaşacaq. Hələklik bu halda danışmaq tezdir. Rusiyadan gələn əsas turist axımı da perspektivini qoruyacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1087 Tarix: 15 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək
18:40 27 Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video
Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün
11:02 268 Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
14:54 161 3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür
"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs
15:14 159 Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd
16:28 138 3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide
15:49 136 Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi
15:30 127 YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir
"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət
13:12 147 YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edib
"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkənin keçdiyi tarixi mərhələyə, mövcud geosiyasi reallıqlara və qarşıdakı dövrün strateji prioritetlərinə kompleks baxışın ifadəsi kimi diqqəti cəl
12:56 164