2026-cı ildə dünyanın ən gözəl yerləri - TOP-10
İspaniyanın şimalında yerləşən Pikos-de-Evropa dağ silsiləsi 2026-cı ildə dünyanın ən gözəl məkanı elan edilib.
Qaynarinfo xəbər verir ki, reytinq məşhur turizm və əyləncə jurnalı "Time Out"un komandası tərəfindən hazırlanıb.
Siyahının müəllifləri qeyd edirlər ki, reytinq subyektiv xarakter daşıyır və tam siyahı hesab edilmir. Bununla belə, onlar vurğulayıblar ki, siyahıdakı hər bir məkan real səyahət təcrübəsinə əsaslanır.
"Məkanlar siyahısına daxil edilən hər bir çimərlik, göl, şəhər və vadini səyahətçi-müəlliflər şəbəkəmiz ziyarət edib və yoxlayıb. Qısası, onların hamısı səfər edib öz gözlərinizlə görməyə dəyər", deyə məlumatda bildirilir.
Pikos-de-Evropa - Nə ilə seçilir?
Bu, dünyada ən kompakt dağ silsilələrindən biridir və sahildən cəmi 20 kilometr məsafədə yerləşməsinə baxmayaraq, 2650 metr hündürlüyə qədər yüksəlir.
"Bu, şübhəsiz ki, coğrafi möcüzədir və eyni zamanda qeyri-adi gözəllikdə mənzərələr yaradır. Pikos dağları dənizdən kəskin şəkildə yüksəlir, bu isə o deməkdir ki, mənzərələrə yalnız sıldırım dərələr və təhlükəli zirvələr deyil, həm də parlaq çimərlik zolaqları və coşğun Kantabriya dənizi daxildir", deyə "Time Out"un britaniyalı müəllifi Ed Kanninqem bildirib.
Onun sözlərinə görə, Pikos-de-Evropa milli parkının ərazisində saysız-hesabsız gözəl məkanlar var: təcrid olunmuş möhtəşəm Naranxo-de-Bulnes zirvəsi, qədim dağ kəndləri Sotres və Kain, parlaq buzlaq gölləri Kovadonqa, eləcə də qayalıqda yerləşən və şəlalənin üzərində tarazlıq yaradan ziyarətgah.
Turistlərə xüsusilə Ruta-de-Kares marşrutuna diqqət yetirmək tövsiyə olunur. Bu, İspaniyanın ən məşhur piyada marşrutlarından biridir. Uzunluğu 23 kilometr (gediş-gəliş) olan cığır kanyon boyunca uzanır, zirvələr və şəlalələrdən keçir, bəzi hissələri isə qayaların içində oyulub.
2026-cı ildə dünyanın ən gözəl 10 məkanı
1. Pikos-de-Evropa, İspaniya
2. Komodo milli parkı, İndoneziya
3. Morqan Muzeyinin kitabxanası, Nyu-York, ABŞ
4. Douro vadisi, Portuqaliya
5. Big Sur, ABŞ
6. Ulsuoter, İngiltərə
7. Bolonya köhnə şəhəri, İtaliya
8. Kapo Testa, Sardiniya, İtaliya
9. Viktoriya şəlaləsi, Afrika
10. Punakha vadisi, Butan
Qeyd edək ki, ümumilikdə siyahıya dünyanın müxtəlif yerlərindən 51 möhtəşəm məkan daxil edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 754 Tarix: 20 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693