Finlandiyada qəribə hadisə: Siçovullar minlərlə abunəçini işıqsız qoydular
Finlandiyanın Tampere şəhərində siçovulların yaratdığı fəsad kütləvi elektrik kəsintisinə səbəb olub. Hadisə nəticəsində Hyarmyalya və Rantaperkkiyo rayonlarında "Tampere Energia" şirkətinin təxminən 5 500 abunəçisi enerjisiz qalıb.
Oxu.Az "Aamulehti" qəzetinə istinadən xəbər verir ki, gəmiricilər açıq avadanlıqların üzərinə dırmaşaraq kabel şəbəkəsini zədələyiblər. Şirkətin əməliyyat direktoru Youni Vanxanarkaus bildirib ki, bu, eyni obyektdə baş verən artıq ikinci belə hadisədir.
Qeyd olunur ki, cari qışın əvvəlində də analoji hal qeydə alınmışdı. Hər iki qəzadan sonra hadisə yerində qısaqapanma nəticəsində tələf olmuş siçovullar tapılıb.
"Qışın əvvəlində eyni yerdə nasazlıq yarananda ölü siçovul aşkar etmişdik. Müəyyən korreksiyaedici tədbirlər görməyə çalışsaq da, görünür, bu kifayət etməyib. İndi daha fərqli həll yolları barədə düşünməliyik", - deyə direktor vurğulayıb.
Youni Vanxanarkaus 20 illik fəaliyyəti dövründə belə bir halla qarşılaşmadığını qeyd edib. Onun sözlərinə görə, quşların hava elektrik xətlərində problem yaratması normal sayılsa da, gəmiricilərin yeraltı kabel şəbəkəsinə bu dərəcədə zərər vurması nadir hadisədir.
Məlum olub ki, siçovullar avadanlıqların yaxınlığındakı beton qutunun altında özlərinə yuva qurublar. İlk hadisədən sonra mütəxəssislər həmin boşluğu çınqıl daşla örtməyə çalışıb və xüsusi zəhərlərdən istifadə ediblər, lakin bu tədbirlər gəmiricilərin qarşısını almağa yetməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 937 Tarix: 19 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693