Kanadadan yeni dünya planı: "Orta dövlətlər" ABŞ və Çinə qarşı birləşə bilər

Kanadadan yeni dünya planı: "Orta dövlətlər" ABŞ və Çinə qarşı birləşə bilərKanadanın Baş naziri Mark Karni qlobal dünya nizamının dağıldığı şəraitdə "orta dövlətlər" koalisiyasının formalaşdırılmasına çağırış edib. Təşəbbüs ticarət müharibəsi fonunda iqtisadi maraqların qorunmasına və super güc olmayan ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib. Məqsəd ABŞ-nin proteksionizmi və ticarət təzyiqindən qorunmaqdır. Blokun strategiyası ticarət əlaqələrinin diversifikasiyası və böyük dövlətlərin təsirindən kənarda maraqların müdafiəsi üçün alyansın formalaşdırılmasıdır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Kanadadan yeni dünya planı: Orta dövlətlər ABŞ və Çinə qarşı birləşə bilər

Hindistan, Avstraliya və Yaponiyaya çağırış

Əksəriyyət hesab edir ki, bu çağırış ABŞ tərəfindən gələn ticarət çağırışlarına cavabdır və Kanadanın dəyişən geosiyasi şəraitdə beynəlxalq əməkdaşlığın yeni formalarını tapmaq istəyini əks etdirir. Avstraliyalı həmkarı Entoni Albanezi ilə görüşən Karni parlamentdəki çıxışında Hindistan, Avstraliya və Yaponiyaya müraciət edib. Bildirib ki, bu yeni koalisiyanın köməyi ilə ölkənin dünya arenasında mövqelərini möhkəmləndirmək və ABŞ-nin qeyri-sabit hakimiyyətindən asılılığı azaltmaq niyyətindədir.

Hər şey Davosdan başlayıb

Beynəlxalq arenanın böyük oyunçularından asılılığın azaldılması zərurəti barədə Karni ilk dəfə danışmır. Hər şey yanvar ayında Davosda - Dünya İqtisadi Forumunda başlayıb. O zaman Kanada hökumətinin başçısı təsirli bir çıxış edərək beynəlxalq münasibətlər sistemini tənzimləyən əvvəlki qaydaların artıq işləmədiyini qeyd edib. "Dünya hegemonlarının ağılsız davrandığı şəraitdə "orta dövlətlər" birləşməlidir. Bu, müstəqilliyi qorumağın və siyasi arenada çəkiyə malik olmağın yeganə imkanıdır", - deyə Karni vurğulayıb. Bu fikirləri Baş nazir öz ölkəsindəki tribunalardan dəfələrlə təkrarlayaraq, ABŞ-yə istiqamətlənmə ilə bağlı olmayan yeni müstəqil xarici siyasət kursu təklif etməyə hazır olduğuna işarə edib. "Bəli, dünyanı həmişə böyük dövlətlər idarə edəcək. Lakin dünya bir-birinə etibar edən, sürətli və məqsədyönlü fəaliyyət göstərən orta güclü dövlətlər tərəfindən də formalaşdırıla bilər. Münaqişədən sonrakı dünyada etibar edilən ölkələr daha sürətli hərəkət edəcək, zamanın çağırışlarına daha effektiv cavab verəcək və nəticələrə nail olmaqda daha çox təşəbbüskarlıq göstərəcək. Nəticədə bu ölkələr daha təhlükəsiz və firavan olacaq", - Karni çıxışında deyib.

"Şərtləri diktə edən" hegemonlar

Əslində "böyük dövlətlər" və "orta dövlətlər"in dəqiq tərifi yoxdur. Kanada Baş naziri də heç vaxt birbaşa hansı ölkələri nəzərdə tutduğunu demir. Dinləyicilərinə yalnız təxmin etmək qalır ki, "şərtlər diktə edən" hegemonlar deyəndə Karni ilk növbədə ABŞ və Çini nəzərdə tutur. Böyük dövlətlərə ənənəvi olaraq BMT Təhlükəsizlik Şurasında daimi yerlərə malik Fransa, Rusiya və Böyük Britaniya da aiddir. "Orta dövlətlər" isə beynəlxalq arenada daha az nüfuzlu oyunçulardır. Bəziləri bu sırada, məsələn, Karninin səfər etdiyi Avstraliya, Hindistan və Yaponiyanı göstərirlər. Avropada isə "orta dövlətlərə" hansı dövlətlərin şamil edildiyi məlum deyil. 2025-ci ilin avqustunda Kanada hökumətinin başçısı NATO-dakı Avropa müttəfiqləri olan Almaniya, Polşa, Latviyaya səfər edib. Ola bilsin ki, bu dövlətlərə də gələcək koalisiyaya qoşulmaq təklif edilsin.

Karninin Hindistan Baş naziri Narendra Modi ilə görüşü də məhsuldar olub, lakin yalnız iki ölkənin münasibətləri baxımından. Bu, Kanada və Hindistanın ən azı diplomatik münaqişə vəziyyətində olduğu mürəkkəb dövrün sona çatmasını simvolizə edir. Yaponiyada isə baş nazir energetika, aerokosmik sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın gücləndirilməsinə diqqət yetirib.

Kanadanın siyasətindəki yeni vurğular

Karni "orta dövlətlər" koalisiyasından danışandan sonra Kanada siyasətində yeni vurğular meydana çıxıb. Bu, ölkənin cənub qonşusundan asılılığının xüsusilə böyük olduğu sahə olan müdafiəyə aiddir. Müttəfiqlərlə əməkdaşlığı gücləndirmə cəhdləri ilə yanaşı, Ottavada Avstraliya, Böyük Britaniya və ABŞ-nin daxil olduğu AUKUS müdafiə paktına qoşulmaqdan imtina edilib. Əvvəllər Kanada hökuməti bu birliyə böyük maraq göstərirdi. Şübhəsiz ki, kanadalıları planlarını dəyişdirməyə Donald Tramp administrasiyasının qeyri-sabit siyasəti məcbur edib.

Nəhayət, xarici siyasət əlaqələrinin gücləndirilməsi ilə yanaşı, Kanada hökuməti öz müdafiə sektorunu möhkəmləndirmək niyyətindədir və bu məqsədlə yeni hərbi sənaye strategiyasının reallaşdırılmasına 6,6 milyard dollar ayırıb. Rusiyalı politoloq Mariya Solyanova qeyd edib ki, bu, Kanada müdafiə sənayesinin əsas problemlərini həll etməyə yönəlmiş iddialı plandır.

Kanada həm də Avropadan kənarda Aİ-nin birgə müdafiə alışlarının güzəştli kreditləşdirmə mexanizminə qoşulan ilk dövlət olub. Kanada sənayesi üçün bu, yeni satış bazarlarına çıxış imkanı açır. "Bununla belə, bu qarşılıqlı fəaliyyətin real effektivliyi hələlik obyektiv amillərlə məhdudlaşır. Avropa istiqaməti miqyasına görə ABŞ bazarından əhəmiyyətli dərəcədə geri qalır. 2024-cü ildə müdafiə məhsullarının ABŞ-yə ixracı təxminən 1 milyard dollar təşkil edib, halbuki Almaniyaya göndərişlər ancaq 186 milyon dolları olub. Bundan əlavə, Aİ-də öz istehsalçılarından alışlara üstünlük verilməsi saxlanılır ki, bu da əlavə maneələr yaradır", - Solyanova qeyd edib.

Göründüyü kimi, Kanada ABŞ-nin təzyiqləri qarşılığında özünə yeni müttəfiqlər axtarır. Buna nail olmaq üçün isə irimiqyaslı fəaliyyətə keçib. Lakin bunun nə qədər effektli olacağı hələ ki, qeyri-müəyyəndir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 506   Tarix: 15 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

03.10.2026 203
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

03.10.2026 173
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

13:50 0
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 91
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen

00:31 252
.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 168
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

03.10.2026 207
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb

03.10.2026 233
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 182
.