"Turan Hospitalda şübhəli diaqnoz? -Qarabağ qazisinə "qanı yumaq" təklifi niyə verilib?"
Daxil olan məlumat ciddi suallar doğurur. Belə ki, Hüseynli Mirəli Əli Hüseyn oğlu bir neçə gün əvvəl mədə nahiyəsində yaranan ağrılar səbəbindən Turan Hospitala müraciət edib.
Pasientin sözlərinə görə, o, xəstəxanada həkim-qastroenteroloq Şəlalə Mirzəyevanın qəbuluna yönləndirilib. İddialara görə, ilkin baxışdan sonra pasientdən laborator analizlər götürülüb və müxtəlif müayinələr aparılıb.
Lakin hadisələrin sonrakı gedişi xəstəni təəccübləndirib. Pasient bildirir ki, aparılan analizlərin nəticəsinə əsasən guya onun qanında "xoşa gəlməz maddə" aşkar olunduğu və mütləq şəkildə qanının "yuyulmasının" vacib olduğu bildirilib. Mirəli Hüseynli bu diaqnoza şübhə ilə yanaşaraq həmin prosedura razılaşmayıb və başqa bir tibb müəssisəsinə müraciət edib. Orada yenidən laborator analizlər verən pasient iddia edir ki, təkrar müayinələrin nəticəsində onun qanında hər hansı problem aşkarlanmayıb və analizlər tam təmiz çıxıb. Məsələni daha həssas edən digər məqam isə ondan ibarətdir ki, Mirəli Hüseynli II Qarabağ Müharibəsinin iştirakçısı və 3-cü qrup əlildir. Pasientin sözlərinə görə, o, Turan Hospitalda aparılan müayinə və analizlər üçün ümumilikdə 300 manat ödəniş edib. Şikayətçi bildirir ki, əgər onun qanında hər hansı problem yoxdursa, bu halda belə bir ciddi tibbi prosedurun tövsiyə edilməsi nə ilə izah olunur? Pasient məsələ ilə bağlı hüquqi addımlar atacağını və ödədiyi məbləğin 100 faiz geri qaytarılmasını tələb etdiyini də vurğulayıb.Ortaya çıxan iddialar bir sıra suallar yaradır, pasientə "qan yuyulması" kimi ciddi tibbi prosedurun tövsiyə edilməsi hansı analiz nəticələrinə əsaslanıb, aparılan müayinələrin tibbi əsaslandırması varmı, eyni pasientin digər klinikada verdiyi analizlərin təmiz çıxması nə ilə bağlıdır?
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının da araşdırma aparmasının vacib olduğu bildirilir. Çünki söhbət həm tibbi xidmətlərin keyfiyyətindən, həm də vətəndaşların, xüsusilə də müharibə iştirakçılarının hüquqlarının qorunmasından gedir.
Qeyd edək ki, redaksiyamız məsələ ilə bağlı Turan Hospital rəhbərliyinin və həkim Şəlalə Mirzəyevanın mövqeyini dərc etməyə hazırdır.(mediatv.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 738 Tarix: 06 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
00:27 272 Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
00:35 250 Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd
18:50 125 Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
00:33 365 Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda
00:48 318 Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen
00:31 291 Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib
10:45 157 Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi
14:30 144 Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu
14:00 156