Azərbaycan İranla münasibətlərə hər zaman mehriban qonşuluq prinsiplərindən yanaşıb

Azərbaycan İranla münasibətlərə hər zaman mehriban qonşuluq prinsiplərindən yanaşıbCənub qonşumuz olan İran Azərbaycana qarşı münasibətlərində heç vaxt səmimi və dürüst olmayıb. Bu barədə kifayət qədər faktlar söyləmək mümkündür. Martın 5-də İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə dronlarla xain hücumun edilməsi də İranın Azərbaycana qarşı nankor və riyakar münasibətinin növbəti göstəricisi oldu. Bu hadisə həm də İranın Azərbaycana qarşı törətdiyi növbəti terror hadisəsidir.
Azərbaycanın İranla münasibətlərə hər zaman mehriban qonşuluq prinsiplərindən yanaşdığını vurğulayan deputat deyib: "Azərbaycan ikitərəfli əlaqələrə azacıq da olsa kölgə salacaq addım atmayıb, yaxın qonşusu olmasına, ortada olan bir çox mənəvi bağlılıqlara baxmayaraq İranın daxili işlərinə qarışmayıb, bu qonşu ölkədə əmin-amanlığın olmasını arzulayıb. Ölkəmiz habelə beynəlxalq müstəvidə İranın milli maraqlarına zidd olan təşəbbüslərə və siyasi qarşıdurmalara qoşulmayıb. Çünki İranda hər hansı xoşagəlməz hadisənin baş verməsi, bu ölkənin hər hansı münaqişəyə cəlb edilməsi, başqa dövlətlə toqquşması Azərbaycanın ümumi geopolitik, siyasi və iqtisadi maraqları ilə uzlaşmır. Azərbaycan istəyir ki, bölgədə sabitlik olsun, o cümlədən İran digər ölkələrlə öz münasibətlərini sülh və əmin-amanlıq şəraitində qursun.
Fevralın 28-dən başlanan məlum hadisələrdən sonra da Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırıb. Martın 1-də Azərbaycan və İranın xarici işlər nazirlərinin telefon danışığında İranda hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb. Prezident İlham Əliyev martın 1-də İran Prezidenti Məsud Pezeşkiana məktubunda Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı ilə əlaqədar başsağlığı verib. Həmçinin Prezident İlham Əliyev martın 4-də İranın ölkəmizdəki səfirliyində olub, Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verib. Bütün bunlara rəğmən Naxçıvana dronlarla edilən hücum İran dövlətinin Azərbaycana qarşı münasibətdə yenə də riyakar mövqedən çıxış etdiyini göstərir. İranın Naxçıvan ərazisinə terrorçu hücumu ilə bağlı Prezident İlham Əliyevin sədrliyi ilə martın 5-də keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının qeyd etdiyi kimi bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Azərbaycan ərazisinin İrana qarşı istifadə edilmədiyi halda cənub qonşumuzun bu hərəkəti naxələflikdən başqa bir şey deyildir.
İranın hədəfinin məhz mülki infrastruktur olması isə onun terrorçu simasını ortaya qoyur. İran dövləti bundan əvvəl də Azərbaycana qarşı bu cür çirkin və terrorçu hərəkətlərə yol verib. Azərbaycan dövlətinin Vətən müharibəsindəki Qələbəsini, torpaqlarını işğaldan azad etməsini həzm edə bilməyən, Araz çayı sahilində hərbi təlimlər keçirərək Azərbaycanı təhdid edən İranda 2023-cü il yanvarın 27-də Azərbaycan səfirliyinə edilən terrorçu hücum yaxşı xatirimizdədir. Səfirliyin ərazisi toxunulmazdır. Bu mənada 3 il əvvəl Tehranda səfirliyimizə edilən xain və terrorçu hücumda məqsəd, elə Azərbaycana qarşı terror törətmək idi.
Lakin İrandan fərqli olaraq Azərbaycan Respublikası qonşularına qarşı heç vaxt riyakar və qərəzli mövqe tutmayıb. Əksinə dövlətimiz həmişə dar gündə qonşularına kömək göstərib. Respublikamız İrana da humanitar yardım göndərməyi planlaşdırırdı. Lakin bütün bunların müqabilində İran Azərbaycana qarşı namərdlik etdi. İranın Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi İranın nankorluğu, nanəcibliyi, dinc sakinlərə və mülki infrastruktura qarşı həyata keçirdiyi terrordur. Bütün bunlara görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür. Əlbəttə, Azərbaycan məsələni cavabsız qoymayacaq və respublikamız müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq.

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 708   Tarix: 06 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 272
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

00:35 250
.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

18:50 125
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 365
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 318
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen

00:31 291
.

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib

10:45 157
.

Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi

14:30 144
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

14:00 156
.