"Təhsil+" kartları: Müəllimlər üçün həqiqi fayda yoxsa sadəcə reklam?

"Təhsil+" kartları: Müəllimlər üçün həqiqi fayda yoxsa sadəcə reklam?"Müəllimlərin və təhsil işçilərinin sosial rifahını yaxşılaşdırmaq adı altında təqdim edilən "Təhsil+" loyallıq kartları ətrafındakı müzakirələr rəsmi vədlərlə real şübhələrin toqquşma nöqtəsinə çevrilib. Bu kartlar kağız üzərində müəllimlərə supermarketlərdən apteklərə, klinikalardan geyim dükanlarına qədər geniş bir sahədə imtiyazlar vəd edir. İlk baxışda bu, müəllim nüfuzunun artırılmasına və büdcəyə qənaətə yönəlmiş bir addım kimi görünsə də, bir pedaqoq və publisist nəzəri ilə baxdıqda mənzərə tamam başqadır".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, mənim fikrimcə, bu layihənin həqiqətən faydalı olacağı, yoxsa sadəcə mənasız bir təşəbbüsə çevriləcəyi hələlik böyük sual altındadır. Əsas narahatlığım bu kartların müəllimin rifahından çox, iri şirkətlərin kommersiya maraqlarına xidmət etməsidir. Müəllim ordusu kimi nəhəng bir kütləni "təmin edilmiş müştəri bazası" kimi müəyyən şəbəkələrə yönləndirmək həmin biznes strukturları üçün böyük qazanc fürsətidir. Xüsusən də Elm və Təhsil Nazirliyindəki "London cocuqları"nın pedaqoqdan daha çox kommersant təfəkkürlü olduqlarını düşünəndə, bu şübhələrim məni belə diksindirir. Milli təhsilin ruhundan, müəllimin real həyatından uzaq olan bu texnokratların təhsilə müqəddəs bir ocaq kimi deyil, sadəcə bir "layihə" və ya "rəqəm" kimi baxması layihənin səmimiyyətinə olan inamı sarsıdır:
"Təhsil+" kartları: Müəllimlər üçün həqiqi fayda yoxsa sadəcə reklam?"Əgər tərəfdaş mağazalarda qiymətlər əvvəlcə süni şəkildə qaldırılıb, sonra kart sahibinə "endirim" adı ilə təqdim olunacaqsa, bu, müəllimin büdcəsinə dəstək deyil, sadəcə kimlərinsə kommersiya oyununun bir parçasıdır. Qorxuram ki, bu addım sadəcə "müəllimləri düşünürük" görüntüsü yaratmaq və hesabatlarda rəqəmləri gözəlləşdirmək üçün atılan formal, quru bir gediş olsun. Müəllimin maaşını layiq olduğu səviyyəyə qaldırmaq əvəzinə, onu mağaza endirimlərinin ümidinə buraxmaq çıxış yolu deyil. Zaman ən böyük hakimdir; müəllimlər bu kartlardan istifadə etdikcə layihənin həqiqətən onlara dəyər verdiyi, yoxsa sadəcə bir reklam obyekti kimi baxdığı aydınlaşacaq. Hələlik isə ən doğru mövqe budur: Gözləyək və nəticəni görək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 621   Tarix: 05 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

13:40 146
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

15:40 144
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 154
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 148
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 366
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 179
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 117
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 279
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 156
.