Naxçıvan hədəf alındı: Bakı Tehranı beynəlxalq hüququ pozmaqda ittiham edir

Naxçıvan hədəf alındı: Bakı Tehranı beynəlxalq hüququ pozmaqda ittiham edir"İranın "Şahid" pilotsuz uçuş aparatları ilə Naxçıvan hava limanına hücum etməsi beynəlxalq hüququn, xüsusilə də suveren dövlətlərin ərazi bütövlüyü prinsipinin açıq şəkildə pozulması kimi qiymətləndirilir".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, Azərbaycan indiyədək İrana qarşı hərbi, iqtisadi və ya siyasi baxımdan düşmən mövqeyi sərgiləməyib. Rəsmi Bakı, İran tərəfindən zaman-zaman səsləndirilən hədələrə və təxribat xarakterli bəyanatlara baxmayaraq, cənub qonşusuna münasibətdə konstruktiv və ölçülü siyasət yürüdüb:

"Hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İranın ölkəmizdəki səfirliyinə gedərək, İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir sıra mülki şəxslərin həlak olması ilə bağlı başsağlığı verib.

Bununla belə, İran ordusunun həyata keçirdiyi bu cür əməliyyatlar Tehranın beynəlxalq hüquq normalarına və öhdəliklərinə zidd davranışını bir daha gündəmə gətirir.

ABŞ və İsrailin son hərbi əməliyyatları ərəfəsində Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisi İrana qarşı istifadə olunmayacaq və rəsmi Bakı neytral mövqe tutur. Buna baxmayaraq, Naxçıvana qarşı dron hücumları regionda gərginliyi daha da artıran addım kimi qiymətləndirilir.

Azərbaycan suveren dövlət kimi öz ərazi bütövlüyünü qorumaq hüququna malikdir. Bu hüquq həm beynəlxalq hüquq normaları, həm də milli təhlükəsizlik prinsipləri ilə əsaslandırılır. Hadisənin birbaşa Azərbaycan ərazisinə - xüsusilə strateji əhəmiyyətə malik Naxçıvana yönəlməsi ölkənin hərbi və diplomatik cavab vermək hüququnu gündəmə gətirir.

Azərbaycan Ordusunun ölkənin təhlükəsizliyini təmin etmək və mümkün təhdidlərə cavab vermək üçün kifayət qədər imkanlara malik olduğu da vurğulanır.

Bundan başqa, İranın addımlarının davam etməsi halında Azərbaycan Şuşa Bəyannaməsi çərçivəsində Türkiyə ilə birgə addımlar ata bilər.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi İranın dron hücumları ilə bağlı bəyanat yayaraq, ölkəmizin bu təxribatlara qarşı cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 921   Tarix: 05 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İyulun ilk günü yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanı

12:51 233
.

Venesuela növbəti dəfə silkələndi

Venesuela sahilləri yaxınlığında 4,6 bal gücündə yeraltı təkan qeydə alınıb. xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbiət hadisəsinin episentri ölkənin 3 milyondan çox əhalisi olan paytaxt Karakas şəhərindən 42 kilometr şimal istiqamətində yerləşib. Zəlzələni

29.06.2026 338
.

Daha 6 itkin-şəhid dəfn olunacaq

Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib. Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-

15:29 142
.

NBC ilə Sky telekanalları ayrılır

ABŞ-ın Comcast şirkəti media biznesində böyük restrukturizasiya aparacağını açıqlayıb. Şirkət NBCUniversal və Sky aktivlərini ayrıca, müstəqil ictimai şirkətə ayıracaq. Bununla da Comcast-ın media və əyləncə biznesi internet və telekommunikasiya fəaliyyətindən ayrılacaq. BİG.AZ Associated Press-ə istinadə

11:08 170
.

Berat Mert Demir Bakıya gəlir!

Türkiyənin sevilən sənətçisi və enerjisi ilə dünya səhnələrinin diqqət mərkəzində olan Berat Mert Demir, çoxsaylı istəklərə əsasən yenidən Bakıya gəlir!. Bu dəfə o, dənizə 0 km məsafədə qurulacaq möhtəşəm böyük səhnədə, Sea Breeze White Beach-də sevənləri ilə görüşəcək. Dəniz mənzərəsi, açıq hava atmosferi

14:58 160
.

Artıq Ağ Evin qapısında olacaq - Qızıldan hədiyyə

ABŞ Prezidenti Donald Tramp Ağ Evə əlavə olunan yeni hədiyyəni paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Truth Social" hesabında açıqlama yayıb. "250 illik yubiley münasibətilə Ağ Evə qızıl hədiyyə!" - sözlərini yazıb. Paylaşımda Ağ Evin fasadında qızılı rəngd

10:34 171
.

Emindən ev istəyən UFC döyüşçüsünə hədiyyə - Video

Xalq artisti Emin Ağalarov "UFC Fight Night Baku" turnirində braziliyalı Mişel Pereyranı məğlub edən rusiyalı MMA döyüşçüsü Şarabutdin Maqomedovlə görüşüb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib. Emin döyüşdən sonra oktaqonda ondan ev istəyən idmançıya saa

11:11 291
.

Nə peyvəndi var, nə də müalicəsi: Yeni ölümcül virus

Mərkəzi sinir sisteminə hücum edən ölümcül gənə ilə yoluxan Powassan virusuna yoluxma halları ABŞ-da artmaqdadır. ABŞ-dakı mütəxəssislər nadir, lakin olduqca təhlükəli bir xəstəlik olan Powassan virusuna yoluxma hallarının əhəmiyyətli dərəcədə artması ilə bağlı həyəcan təbili çalırlar. -ın xarici mediay

29.06.2026 457
.

Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı

"2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 4 dəfəyə qədər artıb". "Qafqazinfo" xəbər verir ki, bunu "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, ölkə üzr

10:53 210
.

TOP MP3