İrandan Türkiyə istiqamətində raket: Ankara İran səfirini XİN-ə çağırdı - POLİTOLOQDAN AÇIQLAMA

İrandan Türkiyə istiqamətində raket: Ankara İran səfirini XİN-ə çağırdı - POLİTOLOQDAN AÇIQLAMAİrandan Türkiyə istiqamətində atılan ballistik raket regionda gərginliyi daha da artıran hadisələrdən biri kimi qiymətləndirilir. Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, İran ərazisindən buraxılan raket İraq və Suriya hava məkanını keçərək Türkiyə istiqamətində hərəkət edib. Lakin raket NATO-nun bölgədə yerləşən hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə çatmadan zərərsizləşdirilib və hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Hadisə Yaxın Şərqdə davam edən hərbi gərginlik fonunda baş verib və regionda münaqişənin daha geniş coğrafiyaya yayılması ehtimalını gündəmə gətirib. Türkiyə tərəfi bu cür addımların təhlükəli eskalasiyaya səbəb ola biləcəyini bildirərək tərəfləri vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyə çağırıb.

Bu hadisə eyni zamanda NATO üzvü olan Türkiyənin birbaşa hədəfə alınması kimi qiymətləndirilərək beynəlxalq reaksiyalara da səbəb olub və regional təhlükəsizliklə bağlı yeni müzakirələr yaradıb. Hadisədən sonra diplomatik müstəvidə də addım atılıb. Türkiyədəki İran səfirliyinin nümayəndələri məsələ ilə bağlı izahat vermək üçün Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Ankara hadisə ilə bağlı ciddi narahatlığını bildirərək bunun regionun təhlükəsizliyi baxımından qəbuledilməz olduğunu vurğulayıb.
İrandan Türkiyə istiqamətində raket: Ankara İran səfirini XİN-ə çağırdı - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, Türkiyənin ilk gündən ortaya qoyduğu mövqe beynəlxalq hüquqa və ədalətə əsaslanır və İrana qarşı olan hücumların birbaşa olaraq beynəlxalq hüquq və ədalət anlayı ilə üst-üstə düşmədiyini aydın şəkildə ifadə etmişdir. Yəni istər cənab prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarında, istərsədə cənab Hakan Fidanın çıxışlarında biz bunu aydın şəkildə müşahidə edirik, həttda Hakan Fidanın son müsahibəsində ona ünvanlanan bir sualın növbəti hədəfin Türkiyə olması ilə bağlı, eyni zamanda proeseslərin gedişatının Türkiyəyə hansı istiqamətdə təsir etməsi ilə bağlı olduqda da aydın şəkildə ifadə etdiki olabiləcək bütün təhdidlərə qarşı Türkiyə hər zaman hazırlıqlıdır və özünü müdafiə etmək qabiliyyətinə sahibdir. Mən düşünmürəm ki, İran bu qədər məntiqsiz və qeyri-konstruktiv bir yanaşma ortaya qoyub strateji olaraq ən böyük səhvlərindən birini edib, Türkiyəni qarşısına alsın və Türkiyəyə qarşı hər hansısa bir formada hücum əməliyyatı həyata keçirsin. Onun sözlərinə görə, digər ərəb dövlətlərinə və orda yerləşən ABŞ-ın hərbi bazalarına olan hücum ola bilər ki, konkret olaraq ərəb dünyasının və İslam dünyasının İrana qarşı konkret rəftarını formalaşdırmış olsun, amma Türkiyəyə qarşı ola biləcək istənilən hücum birbaşa olaraq NATO dövlətlərinidə proseslərə cəlb edə bilər və bu heç bir halda İranın istəyəcəyi və ya arzulayacağı ssenarilərdən biri deyil deyə düşünürəm: "Çünki onsuzda ABŞ-ın mövqeyini müdafiə edən NATO qüvvələri yetəri qədər var və Amerika istədiyi halda bu birliyə nail ola bilər. Türkiyə hədəf olduğu halda proseslər tamamilə fərqli istiqamətdə cərəyan edəcək, bu sadəcə nüvə proqramı yada hər hansısa bir formada İran-ABŞ arasında gərginliyin təzahürü deyil, tamamilə əssasız olaraq Türkiyəyə qarşı ərazi hücumları və ya təhdidlərin formalaşdırılmasıdır ki, başda Türkiyə olmaqla, eyni zamanda digər dövlətlər yəni Türkiyənin strateji tərəfdaşlarıda olmaqla heç bir halda bunu sükutla qarşılamayacaqlar deyə düşünürəm.

Amma dünənki hadisənin təkrarlanacağını düşünmürəm. Bu İran üçün ciddi mesaj xarakteri daşıyan hadisələrdən biridir. Yəni Türkiyə nə BƏƏ, nədə Qətər, Səudiyyə Ərəbistanı və digər dövlətlərlə müqayisə oluna biləcək gücə və potensiala sahib dövlət deyil".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 944   Tarix: 05 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

13:40 146
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

15:40 144
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 154
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 148
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 366
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 179
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 117
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 279
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 156
.