"Instagram" ulduzu siam əkizləri haqqında şok həqiqətlər
Valeriya və Kamila adlanan, özlərini siam əkizləri kimi təqdim edən iki gənc qadının sosial şəbəkə hesabları qısa müddətdə viral olub. Onların "Instagram" bloqu 280 mindən çox izləyici toplayıb. Lakin mükəmməl görünüşlü fotolar və birləşmiş onurğa ilə bağlı dramatik hekayələr mütəxəssislərdə ciddi şübhələr yaradıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Valeriya və Kamila internetdə sürətlə populyarlaşaraq yüz minlərlə izləyici qazanıblar. Onlar paylaşımlarının Mayamidə hazırlandığını iddia edir və "Instagram" bioqrafiyalarında özlərini "iki baş, bir görüntü" kimi təqdim edirlər. Lakin diqqətli istifadəçilər çox qısa müddətdə bu hekayədə uyğunsuzluqlar hiss etməyə başlayıblar.
Profilində yüzdən bir qədər çox paylaşım olmasına baxmayaraq, əkizlər artıq TikTok və Telegram platformalarında da aktivdirlər. Burada onlar əsasən dəbli fotolar paylaşırlar - bikini, dərin dekolteli geyimlər və qısa ətəklərlə. Bu isə bir çox istifadəçidə suallar yaradıb.
Getdikcə daha çox insan bu obrazların əvvəllər süni intellekt məhsulu olduğu üzə çıxan digər virtual influenserlərə bənzədiyini qeyd edir. Xüsusilə dünyanın ən gözəl qızı kimi təqdim edilən məşhur süni obrazla oxşarlıqlar müzakirə olunur.
Hesabın həddindən artıq ideal görünməsi, hətta şəxsi suallara hekayələr bölməsində cavab verilməsinə baxmayaraq, şübhələri aradan qaldırmayıb.
Valeriya və Kamila nə danışırdı?
Onlar belə doğulduqlarını iddia edir, ətrafdakıların daim diqqət mərkəzində olduqlarını bildirir və heç vaxt tibbi ayrılma əməliyyatı barədə düşünmədiklərini deyirdilər. Dediklərinə görə, 25 yaşları var, Floridadandırlar və başqa cür həyat istəmirlər.
Sual-cavab sessiyalarının birində isə belə yekunlaşdırıblar: "Biz hərəkət edirik, danışırıq və açıq-aşkar süni intellekt deyilik".
Buna baxmayaraq, şübhələr səngiməyib. Şərhlərdə tez-tez bu realdır" və ya "AI" kimi reaksiyalar görünür.
Həqiqət, yoxsa saxtakarlıq?
Nəticədə bu hekayə ifşa olunub. Süni intellekt üzrə mütəxəssis Endryu Halbert bunun saxta olduğunu bildirib. Onun sözlərinə görə, bu narrativ maksimum maraq və qarşılıqlı əlaqə yaratmaq üçün düşünülmüş şəkildə qurulub:
"Bu, ideal insana dair ideal hekayədir və istifadəçinin diqqətini cəlb etmək üçün hazırlanıb".
Mütəxəssis qeyd edib ki, görüntülər açıq şəkildə süni intellekt tərəfindən yaradılıb. Buna hiperideallaşdırılmış bədən quruluşu, qüsursuz dəri sübutdur. Xüsusilə gözlər əsas fərqləndirici əlamət kimi göstərilir.
"Bu fotolar mediada gözəlliyin necə təqdim olunduğunun simvoludur və orada heç bir qüsur yoxdur, bu isə real deyil", - Halbert vurğulayıb.
Şərhlərdə bəzi istifadəçilər açıq şəkildə bunun süni intellekt olduğunu yazsa da, digərləri hələ də qızların görünüşünü tərifləməyə davam edir. Ehtimal olunur ki, auditoriyanın bir hissəsi obrazın saxta olduğunu anlayır və məhz bu səbəbdən maraq göstərir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1311 Tarix: 06 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
19:59 0 "Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd
16:40 155 Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
18:40 114 Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
15:20 150 İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi
16:12 151 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video
"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca
17:38 133 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:56 150 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib
17:44 162 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident
16:15 172