"Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

"Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edirVeysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz" supermarketlər şəbəkəsi fəaliyyətə başlamasının 15 illiyini qeyd edir. 15 il ərzində "Araz" ölkənin aparıcı pərakəndə ticarət şəbəkələrindən birinə çevrilərək, geniş mağaza şəbəkəsi, minlərlə əməkdaşı və sosial məsuliyyətli fəaliyyəti ilə tanınıb.

Fəaliyyətə başladığı ilk gündən müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edən "Araz" supermarketlər şəbəkəsi bu gün ölkə üzrə 300-dən çox mağaza ilə müştərilərinə xidmət edir. Şəbəkənin 13 mindən artıq əməkdaşı müasir pərakəndə ticarət standartlarına uyğun fəaliyyət göstərməklə yanaşı, keyfiyyətli və əlçatan məhsulların istehlakçılara təqdim olunmasını təmin edir. "Araz" supermarketlər şəbəkəsi paytaxtla yanaşı regionları da əhatə edir, eyni zamanda işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən filialları ilə Böyük Qayıdış prosesinə töhfə verir.

"Araz" supermarketlər şəbəkəsinin inkişaf strategiyasında insan kapitalı mühüm yer tutur. Şirkət əməkdaşların peşəkar və şəxsi inkişafına yönəlmiş təlim proqramları, karyera imkanları və güclü korporativ dəyərlər sistemi vasitəsilə dayanıqlı inkişaf modelini formalaşdırıb.

15 illik fəaliyyəti dövründə "Araz" supermarketlər şəbəkəsi sosial məsuliyyət, təhsil, gənclərin inkişafı, ekologiya və milli dəyərlərin təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirib. Şirkətin fəaliyyəti müxtəlif yerli və beynəlxalq qurumlar tərəfindən mükafatlarla qiymətləndirilib.

Yubiley ili çərçivəsində "Araz" supermarketlər şəbəkəsi korporativ inkişafının yeni mərhələsini simvolizə edən 15 illik yubiley loqosunu təqdim edib. Yeni loqo "Araz" brendinin formalaşmış dəyərlərini, 15 illik təcrübəsini və gələcəyə yönəlmiş inkişaf vizyonunu əks etdirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 839   Tarix: 28 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 249
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 258
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 269
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

14.11.2026 231
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 0
.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 322
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.