"Kərə yağlarının qiymətinin qalxması tendensiyası davam edəcək" - EYYUB HÜSEYNOV
1 yanvar tarixindən etibarən kərə yağlarına tətbiq olunan rüsumlar 5%-dən 15%-ə yüksəldilib. Bu dəyişiklik artıq bazarlara öz təsirini göstərir: məhsulların qiymətləri 1 manat 50 qəpikdən 2 manata qədər artıb. İstehlakçılar üçün gündəlik həyatın bir hissəsi olan ərzaq məhsullarında bu cür artım narahatlıq yaradır və sual doğurur - qiymətlər bundan sonra daha da bahalaşa bilərmi?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bildirdi ki, kərə yağının qiyməti getdikcə qalxan templə gedəcək. Çünki son 2 ildə Azərbaycanda böyük süd defisiti var. Onun sözlərinə görə, böyük fermer təsərüffatları əgər bir gündə 20 min litr süd sağırdılarsa, indi isə 7 min litr süd sağırlar: "Belə bir şəraitdə əlbbətdə yağın qiymətinin qalxması gözlənilir. Eləcədə hökümət tərəfindən bu ilin yanvarından idxal rüsumları 5%-dən 15%-ə qaldırıldı. Ona görədə yağın qiymətinin qalxması tendensiyası davam edəcək. Biz yağ yeyən insanlar Allaha şükür etsinlərki yaxşıki dünyada vegeterianlar var. Əgər onlarda yağ yeməyə başlasalar, yəni Hindistan və Çində yaşayan vegeterianlar onda yağın qiyməti 200 manatı keçər. Yağın keyfiyyəti ilə bağlı həmişə bizə telefon zəngləri gəlir. Mən 6 il əvvəl Yeni Zellandiyaya konfransa gedən zaman istehlakçıların çoxsaylı zənglərinə rəğmən, yəni uzaq ölkədən Azərbaycana necə olur bu qiymətə yağ gəlir çatır sualına cavab tapmaq üçün Azad İstehlakçılar Birliyinin orda yerləşən kolleqalarının köməyi ilə Azərbaycana yağ ixrac edən bir zavodda oldum.
Yəni zavodun fermer təsərüffatında oldum və gördümki bura böyük heyvandarlıq ölkəsidir. Burda heyvanların qış yemi yoxdur, daim açıq havada otlayırlar. Ona görədə yağ ucuz başa gəlir və normal yağ istehsal olunur. Bu "Westgold" yağ zavodu idi. Onuda qeyd edim ki, Yeni Zellandiyadan 5-6 firma müxtəlif zavodlardan Azərbaycana yağ idxal edir. Yalnız mən birində oldum. Orda yağın Azərbaycan dilində markalanması və s. prosesləri gördün. Yəni xarici ölkələrdəndə Azərbaycana normal yağlar idxal olunur. Yerli yağ istehsalı təssüflər olsunki, sürətlə geriləyir. Cəmi 2-3 yağ istehsalçısı var. Südün baha olması şəraitində saxta yağlarda meydana çıxır. Saxta yağlar əsasən ara marketlərində satılır. Müasir marketlər şəbəkəsinə saxta yağlar daxil ola bilmir. Düzdür bəzən məhsulun üzərinə "Naturalnı maslo" sözü yazılır, inək şəkili çəkilir və bu yolla istehlakçılar aldadılır. Əgər yağ spred yağla qarışıqdırsa, oda məhsulun üzərində hardasa kiçik həriflərlə yazılır.
Azad İstehlakçılar Birliyi iş aparır ki, bu cür aldadılma hallarının qarşısı alınsın. Təsadüfi deyilki, hazırda standart inistitutunda istehlakçılar üçün məlumat standartlarının qəbul edilməsi müzakirə olunur və mən çalışacam ki, istehlakçını aldatmaq üçün məhsulun üzərində məlumatın kiçik hərflərlə yazılmasını qarşısı alınsın. Yəni məlumatlar böyük şriftlərlə yazılsın. İstehlakçılar marketə girəndə məhsulu əli ilə sıxsın, hansı yağ əlinə daha bərk gəlirsə o daha çox kərə yağıdır. Spred və bitki yağları yumşaq olur".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1250 Tarix: 27 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788