Sumqayıtda "Boulevard Medical Center"də ali tibbi təhsili olmayan şəxslər necə həkim kimi çalışır?

Sumqayıtda "Boulevard Medical Center"də ali tibbi təhsili olmayan şəxslər necə həkim kimi çalışır?Bir neçə gündür Sumqayıt şəhərində baş verən məlum "Alma olayı" şəhər rəhbərliyinin idarəetməsini gündəmə gətirib. Kiçik sahibkarın almasının aparılması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti işçilərinin bu addımı Azərbaycanda geniş müzakirələrə səbəb oldu Hər kəs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi kimi çalışan Samir Bədəlovla yanaşı, icra başçısı Zakir Fərəcovu da qınadı.

Bu günlərdə isə Bizimesr.az-ın elektron ünvanına Sumqayıt şəhərində baş verən diğır hallarla bağlı onlarla məlumat göndərilib. Redaksiya olaraq bu faktları mərhələ-mərhələ ictimailəşdirməyə çalışacağıq. Xüsusilə qeyd edirik ki, bəzi məlumatların araşdırılması hazırda mümkün olmadığı üçün qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Daxil olan məlumatların birində iddia olunur ki, Sumqayıt şəhərinin ən bahalı ərazilərindən biri hesab edilən "Levend" MTK-nın ərazisində icra başçısı Zakir Fərəcovun qızının "Boulevard Medical Center" klinikası və xarici dil kursları yerləşir. İddiaya görə, "Boulevard Medical Center" klinikasında ali tibbi təhsili olmayan şəxslər həkim kimi fəaliyyət göstərir və bu yolla insanlar aldadılır.

Məlumatda klinikada özünü dietoloq-nutrisioloq kimi təqdim edən Günel Əşrəfova barədə də iddialar yer alır. Qeyd olunur ki, Günel Əşrəfovanın heç bir ali tibbi təhsili yoxdur.

O, ANDOP MMC-də dietoloq kursunu bitirərək sertifikat alıb, daha sonra isə Türkiyədə bu sahə üzrə 1-2 aylıq təlimlərdə iştirak edib.

Əslində dietologiya tibbi sahədir və insan orqanizminin xüsusiyyətlərini bilməyən bir şəxsə belə məsuliyyətli işin tapşırılması doğru deyil, klinika rəhbərliyinin qanunları saymamasının, eyni zamanda Səhiyyə Nazirliyinin bu hallara göz yummasıdır. İddiaya görə, Günel Əşrəfovadan diplomu soruşduqda müxtəlif bəhanələr səsləndirir - gah diplomun evdə qaldığını, gah da harada olduğunu bilmədiyini deyir.

Bir daha bildirik ki, qarşı tərəf olaraq sözügedən kinikanın rəhbərliyinin və yazıda adı keçənlərində mövqeyini dərc etməyə hazırıq.

Dietoloq və Nutrisoloq kimdir?

Dietoloq bir başa həkimlik peşəsidir və bu sahədə xidmət göstərmək üçün mütləq həkimlik ixtisası üzrə ali təhsil alınmalıdır. Dietoloq olmaq üçün. ali tibbi təhsil, həkim diplomu, ixtisaslaşma (rezidentura və ya ixtisasartırma) mütləqdir. Dietoloq, xəstəliklərə görə pəhriz təyin edir, analizlərə əsaslanaraq rasion yazır, müalicə prosesinin bir hissəsi kimi fəaliyyət göstərir

Nutrisoloq (Nutrisioloq) isə həkim olmaya bilər. Əslində bu termin manipulyasiya edilən anlayışdır

Nutrisoloq kimdir?

Qidalanma haqqında ümumi məsləhətlər verən şəxs, sağlam insanların qidalanması ilə bağlı maarifləndirici fəaliyyət göstərə bilər. Amma Nutrisoloq xəstəlik diaqnozu qoya bilməz, müalicəvi pəhriz yaza bilməz, analizlərə əsasən rasion təyin edə bilməz. Nutrisoloq olmaq üçün, müxtəlif kurslar, sertifikatlar ali tibbi təhsili əvəz etmir və həkim işləmək üçün yetərli deyil. Azərbaycanda bu ad üzrə rəsmi tibb ixtisası yoxdur.// Bizimesr.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1029   Tarix: 27 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.