Ürək xəstələrinin dərmanları da icbari tibbi sığorta ilə qarşılanacaq

Ürək xəstələrinin dərmanları da icbari tibbi sığorta ilə qarşılanacaq"Bu il ambulator dərman təminatı üçün icbari tibbi sığortaya 40 milyon manat vəsaitin ayrılması məzərdə tutulub"​.

"Qafqazinfo" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflərə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə icbari tibbi sığortanın Xidmətlər Zərfinin əhatə dairəsi genişləndiriləcək. Dəyişiklik bir neçə əsas tibbi sahəni əhatə edəcək:

"Bunlardan birincisi travmatologiya sahəsidir. Tibbi göstəriş olduqda, revizion protezləmə, yəni ilkin protezin yenisi ilə əvəz olunmasının icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulur.

Bununla yanaşı, neyrocərrahiyyə sahəsində mərkəzi və periferik sinir sisteminə dair diaqnostik və cərrahi müdaxilələrin, oftalmologiya sahəsində görmə qabiliyyətinin bərpası və qorunmasına yönəlmiş müasir və effektiv xidmətlərin, kardiologiya sahəsində invaziv kardiologiya və kardiocərrahiyyə üzrə minimal invaziv və yüksək texnoloji tibbi xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur".

Sədr 2026-cı ildə resept əsasında yazılan ambulator dərmanların qarşılanması barədə də yenilikləri açıqlayıb. O bildirib ki, Azərbaycan üzrə ölüm riskinin əsas səbəblərindən birincisi ürək-damar xəstəlikləridir:

"Bu səbəbdən ilkin mərhələdə ürək-damar xəstəliklərinin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziya xəstəliyinin müalicəsində istifadə olunan antihipertenziv dərman vasitələrinin qarşılanması nəzərdə tutulur. İlkin mərhələdə ümumilikdə 76 dərman vasitəsinin təmin olunması planlaşdırılır. Bu dərmanlar 28 təsiredici maddəni əhatə edir və müxtəlif doza və kombinasiyalar üzrə təqdim ediləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 27 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.