"Azərbaycanda minimum əmək haqqı 660 AZN olmalıdır" - Asif İbrahimov
Ölkədə son illər müşahidə olunan davamlı bahalaşma fonunda əhalinin əsas gözləntilərindən biri maaş və pensiyaların eyni templə artırılmasıdır. Gündəlik tələbat mallarından tutmuş kommunal xidmətlərə, nəqliyyat xərclərindən dərman qiymətlərinə qədər demək olar ki, bütün sahələrdə qiymətlər durmadan artır. Lakin bu artım əhalinin gəlirlərində adekvat şəkildə əksini tapmır. Nəticədə vətəndaşların alıcılıq qabiliyyəti getdikcə zəifləyir, sosial rifah səviyyəsi isə real olaraq aşağı düşür. Bəs qiymət artımı fonunda maaş və pensiyalarda artım gözlənilirmi?
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov BiG.AZ-a açıqlamasında bildirdi ki, bu sahədə ciddi bir paradoks yaranıb. Engel qanunu prizmasından baxsaq, Engel qanununda deyilir ki, orta statistik vətəndaş qazancının təqribən 15-20%-ni qidaya və öz ehtiyac xərclərinə ödəməlidir. Onun sözlərinə görə, əgər bu göstərici 20-30%-dən yüksəkdirsə, burda artıq hökümət tərəfindən əsaslandırma həyata keçirilməlidir: "Əgər bu göstərici daha yüksəkdirsə, bu o deməkdir ki, burda artıq sosial bərabərsizlik mövcuddur. Azərbaycanda da rəsmi olaraq orta statistik Azərbaycan vətəndaşı qazancının 42-47%-ni qida və kommunal xidmətlərə xərcləyir. Bu hələ rəsmi rəqəmlərdir.
Rəsmi olmayan rəqəmlər daha kapastravdır. Nisbətən regionlara baxdıqda vəziyyət daha qabarıq görsənir. Yəni regionlarda insanlar aldıqlarını qidaya və kommunala xərcləyirlər. Buda o deməkdir ki, artıq burda sosial bərabərsizlik problemi var. Digər bir prizmadan, Avropa Sosial Xartiyasının prizmasından baxdıqda minimum əmək haqqı orta aylıq əmək haqqının ən pis halda 60%-ni təşkil etməlidir. Azərbaycanda isə 400 AZN, orta aylıq əmək haqqının yəni 1090 AZN-nin 36-37%-ni təşkil edir. Bu prizmadan da düzgün deyil. Yəni Azərbaycanda minimum əmək haqqı 660 AZN-dən aşağı ola bilməz. Bu haqda 2 Sentyabr 2004-cü ildə Azərbaycan Milli Məclisi tərəfindən qəbul edilmiş Avropa Sosial Xartiyasında deyilir. Xartiyanın 47-ci maddəsinin açıqlamasında deyilir ki, Azərbaycanda minimum əmək haqqı 660 AZN-dən az ola bilməz.
Mərkəzi Bank və Dövlət Statistika Komitəsi tərəfindən rəsmi infliyasiya nəzərə alınır. Azərbaycanda 5,7-5,8% civarında infliyasiya nəzərə alınıb, hesablanılıb. Amma faktiki infliyasiya elə deyil. Yəni Azərbaycan vətəndaşı baxır ki, 16 manata aldığı yağı, hazırda 22 manata alır. Ət bahalaşıb. Hazırda ətin qiyməti 22 manata qədər qalxıb. Kommunal xidmətlər bahalaşıb. Yəni hesablamalarımıza görə, ötən il orta statistik Azərbaycan vətəndaşı, 4 nəfərlik ailə kommunal xidmətlərə, ictimai nəqliyyata 2024-cü illə müqayisədə 480 manat artıq pul ödəyib".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 9064 Tarix: 26 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997