İrana müdaxilə: Regional aktorların mövqeləri

İrana müdaxilə: Regional aktorların mövqeləri"BƏƏ və İordaniya İrana dərhal hücum üçün hər cür hərbi, iqtisadi və kəşfiyyat dəstəyi verməyə hazır olduqlarını açıqlayıblar. Regionun digər ölkələri isə tərəddüd edir; xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə müdaxiləyə qarşıdır".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, ABŞ daxilində vitse-prezident, dövlət katibi və müdafiə naziri dərhal hücuma çağırır, amma Trampın kürəkəni və xüsusi nümayəndəsi buna qarşı çıxır. Türkiyə İrana hücumda iştirak etməyəcəyini açıqlayıb, lakin kürd məsələsində kəşfiyyat dəstəyi verməyə davam edəcək:

"BƏƏ və İordaniyanın mövqeyi gözlənilən addımdır. İordaniya uzun müddətdir İrana qarşı gərginlik saxlayır, BƏƏ isə İranı Körfəz təhlükəsizliyinin əsas təhdidi hesab edir. Hər iki ölkənin ABŞ-la koordinasiyaya çıxmaq üçün kifayət qədər səbəbi var.

ABŞ tammiqyaslı müdaxilə etmək istəmir; hava, dəniz, raket və kəşfiyyat üstünlüyündən istifadə edərək, quru əməliyyatlarını regional aktorlara həvalə etmək istəyir. Lakin İordaniya və BƏƏ İran qarşısında balans dəyişdirəcək gücə malik deyil. Həlledici ölkələr Səudiyyə, Türkiyə, Misir və Suriyadır; bu ölkələr olmadan koalisiya simvolik xarakter daşıyır.

Türkiyə İranda xaos istəmir və idarə olunan, balansı pozmayan İran modelini üstün tutur. Səudiyyə və Qətər tərəddüddədir; hərbi eskalasiya riskli və enerji infrastrukturuna zərər verə bilər. ABŞ diplomatiya pəncərəsini bağlayır, amma B planı - regional aktorlar üzərindən məhdud hərbi zərbələr - üçün hazırlaşır. Bu səbəbdən yaxın perspektivdə tammiqyaslı müharibədən çox, məhdud hərbi əməliyyatlar ehtimal olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 910   Tarix: 26 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.