Dotasiyalar, bahalaşan gedişhaqları və dəyişməyən nəticə: Metropoliten niyə zərərdədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakının yeraltı nəqliyyatı artıq uzun illərdir eyni arqumentlə gündəmə gəlir: metropoliten zərərlə işləyir. Rəsmi açıqlamalarda xərclərin gəlirləri üstələdiyi bildirilir. Lakin hər gün yüz minlərlə sərnişin daşıyan, şəhər nəqliyyatında xüsusi çəkisi olan və faktiki olaraq daimi müştəri axınına malik bir qurumun fasiləsiz şəkildə zərər etməsi cəmiyyətdə haqlı suallar yaradır. Əsas narahatlıq ondan ibarətdir ki, bu zərərin konkret səbəbləri ictimaiyyət üçün aydın şəkildə izah olunmur. Metropolitenin xərclər strukturu, idarəetmə mexanizmi, satınalmalar, texniki xidmət və inzibati məsrəflər barədə dolğun məlumatlar açıqlanmır.
Üstəlik, Bakı Metropoliteni illərdir dövlət tərəfindən müxtəlif formalarda dotasiyalar almasına baxmayaraq, maliyyə nəticələri dəyişmir və hər il yenidən zərər açıqlanır. Bu fakt da sualları daha da artırır. Məsələ artıq ictimai nəqliyyatda qiymətlərin mərhələli şəkildə, demək olar ki, hər il artırılması fonunda daha ciddi görünür. Gedişhaqlarının yüksəldiyi, sərnişinlərin yükünün artdığı bir şəraitdə metropolitenin yenə də zərər açıqlaması, problemin tariflərlə deyil, daha dərin struktur və idarəetmə məsələləri ilə bağlı olduğunu göstərir. Dövlət büdcəsindən ayrılan vəsaitlər və artan qiymətlər fonunda ictimai vəsait hesabına fəaliyyət göstərən bir qurumun daimi zərər açıqlaması normal hal kimi qəbul edilə bilməz. Cəmiyyət isə sadəcə rəqəmləri deyil, bu rəqəmlərin arxasındakı real səbəbləri bilmək istəyir.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, Metropiltenin zərərlə fəaliyyət göstərdiyini biz yox, onlar sübut etməlidirlər. Yəni niyə ziyanla işləyirlər? Bunu necə hesablayırlar? Yəni gəlir və zərəri necə hesablayırlar? Bu qədər dövlət dotasiyası olur, bu qədər dəstək olur niyə ziyanla işləyirlər? Onun sözlərinə görə ziyanla işləyəndə məntiqlə xərclər azalmalıdır: "Niyə xərclərini azaltmırlar, həmişə qiyməti artırmaq haqqında düşünürlər?
Bütün dövlət idarələri və şirkətlərinə bu aiddir. O cümlədən metropolitenə. Metrolitenə ciddi, müstəqil, heç bir təsir altında olmayan ciddi bir audit lazımdır. Yəni bu auditdən sonra onların xərc və gəlir hissələri ciddi şəkildə araşdırılmalıdır. Yəni xərcləri çoxdursa, azaldılmalıdır və xərclər azalanda avtomatik olaraq maya dəyəridə düşür və qiymətin artırılmasına ehtiyac yaranmır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 885 Tarix: 26 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997