"Keyfiyyətsiz çaylar insanlarda allergiyaya və daxili orqanların funksiyasının pozulmasına səbəb ola bilər" - MƏHSƏTİ HÜSEYNOVA

"Keyfiyyətsiz çaylar insanlarda allergiyaya və daxili orqanların funksiyasının pozulmasına səbəb ola bilər" - MƏHSƏTİ HÜSEYNOVASon illər Azərbaycanda satışda olan bəzi çay məhsulları ilə bağlı narahatedici məqamlar gündəmə gəlməkdədir. Xüsusilə ucuz seqmentdə təqdim olunan çayların bir qisminin təbii çay yarpaqlarından deyil, süni boyalar və kimyəvi maddələr hesabına rəng və dad qazandığı iddia olunur. İstehlakçıların əksəriyyəti bu cür "kraska çaylar"ın sağlamlıq üçün potensial risklər yarada biləcəyindən xəbərsiz olaraq gündəlik istifadəni davam etdirir.
"Keyfiyyətsiz çaylar insanlarda allergiyaya və daxili orqanların funksiyasının pozulmasına səbəb ola bilər" - MƏHSƏTİ HÜSEYNOVAMövzu ilə bağlı qida eksperti Məhsəti Hüseynova BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda çaylarla bağlı həm nəzarət, həm qanunvericiliklə müəyyən edilmiş qanunlar olsada, təbiiki satışda ucuz və keyfiyyətsiz çaylarada rast gəlinir. Onun sözlərinə görə, keyfiyyətli çay almaq üçün birinci növbədə qablaşdırmaya baxmaq lazımdır: "Qablaşdırmada istehsalçı haqqında ətraflı məlumatlar göstərilməlidir. Tərkibi və mənşəyi ilə bağlı, eyni zamanda keyfiyyət sertifikatı ilə bağlı bütün məlumatlar olmalıdır və istehsal tarixi ilə son istifadə müddəti göstərilməlidir. Çayın dadında və qoxusunda təbii çay qoxusu olmalıdır. Əgər kəskin, süni qoxu varsa bu ona müəyyən aromatizatorların vurulmasından xəbər verir. Çay əgər keyfiyyətsiz məhsuldursa və yaxud şübhəli bir hal varsa, onu almaqdan çəkinmək lazımdır.

Ümumiyyətlə çayın keyfiyyəti və təhlükəsizliyi ilə bağlı təbiiki onun bir çox göstəriciləri varki bu göstəricilər labarotoriyada qiymətləndirilir. Burda əsasən çayın fiziki, kimyəvi, mikrobioloji xüsusiyyətlərinə görə göstəriciləri təhlil olunur. Burda daha çox zərərli maddələrin olmaması ilə bağlı analizlər aparılırki, təhlükəsizlik olsun və bütün bunlara cavab verdiyi halda qida təhlükəsizliyi sertifikatı alır və eyni zamanda da Azərbaycan qanunvericiliyinə görə genetik modifikasiya olunmuş çay və bitkilərin istifadəsi qadağandır. Ona görədə yerli çaylarımızda belə çay bitkiləri yoxdur. Əsasən Azərbaycanda Lənkəran və Astara zonasında çay bitkisi yetişdirilir və buda onun iqlimi ilə təbiiki əlaqədardır ki, subtropik iqlimdə çay daha keyfiyyətli və bu bitkinin əkilməsi, becərilməsi mümkündür.

Bir çox hallarda əgər keyfiyyətsiz çaylar varsa, xüsusi ilədə keyfiyyətli çayın yarpaqları daha iri olmalıdır. Dəmləmə zamanı çöküntü olmamalıdır. Rəngi biraz gec çıxır. Eyni zamanda da dadı və qoxusu balanslı şəkildə xoşagələn çay dadında, çay rəngində olmalıdır. Dəmlənmiş çay biraz tünd olur, bulanıqlıq olmamalıdır. Eyni zamanda da həddindən artıq çox tünd görünürsə, bu onun tərkibində boyanın olduğunun göstəricisidir və yaxudda əgər dəmlədikdə çox tez, sürətli şəkildə rəngi çıxırsa buda keyfiyyətli çay olmadığını göstərir. Xırdalanmış daha toz şəkilində olanlarda süni qatqının olması daha çox özünü göstərir. Çayın tərkibində süni ətirləndiricinin olub olmadığını yoxlamaq mütləq lazımdır. Çünki əgər süni dadlandırıcı aromatizatorlar istifadə olunubsa, bu bir çox insanlarda allergiya ilə yanaşı daxili orqanların funksiyasının pozulmasınada gətirib çıxara bilər. Ona görədə mənşəyi bəlli olan yerdən çayın, eləcədə digər qida məhsullarının alınması tövsiyyə olunur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1031   Tarix: 26 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.