Moskva-Tbilisi münasibətləri: dialoq hələ də mümkün deyil

Moskva-Tbilisi münasibətləri: dialoq hələ də mümkün deyilRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hazırda Gürcüstanla dialoqun bərpası üçün heç bir ilkin şərtin mövcud olmadığını açıqlayıb.

BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, Zaxarova bu barədə bildirib: "Tbilisi ilə siyasi dialoqun bərpasına gəldikdə isə, təəssüf ki, bunun üçün hazırda heç bir ilkin şərt yoxdur".

Xatırladaq ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildə Moskvanın Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanımasından sonra kəsilib. Həmin qərar o dövrdə Mixail Saakaşvilinin rəhbərlik etdiyi Tbilisinin təşəbbüsü ilə verilib.

2012-ci ildə hakimiyyətə gələn "Gürcü Arzusu" partiyası Rusiyaya qarşı ərazi iddialarını rəsmi şəkildə davam etdirsə də, Moskva ilə hava nəqliyyatı və ticarət əlaqələri qurub. Bununla belə, diplomatik münasibətlər bərpa edilməyib.

2025-ci ilin sentyabrında BMT-də çıxış edən Gürcüstan prezidenti ölkənin hələ də 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin nəticələrini yaşadığını bildirib. Daha sonra Mixeil Kavelaşvili abxazlara və osetinlərə müraciət edərək onları "işğalın o biri tərəfində olan xalqlar" kimi xarakterizə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 620   Tarix: 26 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram", Zaur Kamalın "Həmin Zaur", ATV-də isə Zaur Baxşəliyevin "Bizimləsən" proqramlarının yayımı dayandırılıb. Axşam.az-ın məlumatına görə, artıq ötən gün proqramlar yayımlanmayıb. ARB TV-d

20:30 151
.

Yaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?

"Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər". BİG.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin bayram günləri ilə əlaqədar əhaliyə müraciətində bildirilib. Qeyd olunu

23:00 1
.

Səudiyyə Ərəbistanı Qırmızı dənizdəki Yanbu liman şəhərindəki SAMREF neft emalı zavoduna pilotsuz təyyarənin hücum etdiyini bildirib

Səudiyyə Ərəbistanı Qırmızı dənizdəki Yanbu liman şəhərindəki ölkənin SAMREF neft emalı zavoduna pilotsuz təyyarənin zərbə endirdiyini bildirib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi zərərin qiymətləndirilməsinin aparıldığını bildirib. Müəllif: İlkin Məmmədkərimo

12:37 182
.

Torpaq zəbt edənlərə XƏBƏRDARLIQ

Sənədsiz tikinti faktı aşkar edildikdə məsələ qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilir və mərhələli tədbirlər görülür. Bu barədə məlumat -in sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib. Xidmətin məlumatına görə, torpaq sahələrinin zəbt edilməsi və qanunazidd istifadəs

16:15 203
.

38 yaşlı dayə işlədiyi evdə qəfil öldü

Abşeron rayonu Masazır qəsəbəsində 38 yaşlı qadın işlədiyi evdə ölüb. "Qafqazinfo" xəbər verir ki, martın 16-sı saat 19 radələrində Masazır qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəyalə Qəribxan qızı Əliyeva qəsəbənin ərazisində dayəlik etdiyi evdə qəflətən ölüb. Onun ölüm səbəbi hələlik məlu

17:30 245
.

Çaylardan sel keçəcək - Xəbərdarlıq

Sabah Azərbaycanın qərb rayonlarından başlayaraq hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşə

17:03 212
.

AI mənim psixoloqumdur? - Mütəxəssislər xəbərdarlıq edir

"Süni intellektdən həyatın demək olar ki, bütün sahələrində istifadə edilir. Lakin indi bəzi insanlar süni intellekti öz psixoloqları kimi qəbul etməyə başlayıblar. Bu məsələyə həm texniki, həm də real həyat prizmasından yanaşmaq vacibdir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə mütəxəssis Elvi

13:10 188
.

"Bakcell" rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!

İnnovasiya lideri "Bakcell" Novruz tətilində xaricə səfər edən abunəçilər üçün rouminq xidmətini təqdim edir. "Bakcell"in müştəriləri xaricdə olduqları müddətdə də rahat və fasiləsiz ünsiyyət üçün müxtəlif rouminq paketlərindən yararlana bilərlər. Səfərlər zamanı abunəçilərin üstünlü

16:42 164
.

ABŞ vətəndaşlarına xəbərdarlıq etdi - Səudiyyə Ərəbistanını tərk edin

ABŞ-nin Ər-Riyaddəki səfirliyi Səudiyyə Ərəbistanında yaşayan vətəndaşlarına müraciət edib. xarici mətbuata istinadən xəbər verir ki, səfirliyin yaydığı açıqlamada qeyd olunub ki, vətəndaşlara təhlükəsiz şəraitdə səyahət etmək imkanları varsa, ölkəni kommersiya reysləri vasitəsilə tərk etmələri tövsiy

21:15 92
.

TOP MP3