Dərsdə telefon dövrü bitir: Şagirdlərdən sonra müəllimlərə də qadağa gəlir
Gürcüstanda məktəblərdə təkcə şagirdlərə deyil, müəllimlərə də mobil telefonlardan istifadə etmək qadağan olunacaq. Dövlət məktəblərində müəllimlər dərs zamanı mobil telefonlardan istifadə edə bilməyəcəklər.
Gürcüstan Təhsil və Elm Nazirliyinin yaydığı məlumata görə, bu qadağa 2026-2027-ci tədris ilində qüvvəyə minəcək ümumi təhsil islahatlarında nəzərdə tutulub. Qeyd olunur ki, müəllimlər dərs zamanı mobil telefonların istifadəsini məhdudlaşdırmaqla şagirdlərinə şəxsi nümunə göstərməlidirlər.
Azərbaycanda da bu cür qadağa ola bilərmi?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb.
Mütəxəssis qeyd edib ki, tədris prosesinin daha səmərəli təşkil olunması üçün Azərbaycanda da bu cür addımların atılması zəruridir:
"Təbii ki, belə bir qərarın alınması Gürcüstan Elm və Təhsil naziri tərəfindən müsbət bir addım kimi qiymətləndirilə bilər. Çünki son dövrlər informasiya texnologiyalarının inkişafı və texnoloji alətlərdən kütləvi şəkildə istifadə təhsil sahəsinə də daşınıb. Auditoriyada həm şagirdlərin, həm də müəllimlərin texnoloji cihazlardan istifadəsi dərs prosesinə müəyyən mənada ziyan vurur, tədrisə maneçilik yaradır. Bu amil nəzərə alınaraq Gürcüstan hökuməti belə bir qərar qəbul edib.
Məlumdur ki, oxşar qərar Rusiyada da qəbul edilib. Təhsil göstəricilərinin yüksəldilməsini istəyən, eyni zamanda təhsil verənlərin, yəni müəllim və pedaqoji heyətin yüksək ixtisaslı kadrlar olmasını arzulayan qurumlar bu cür qərarları vacib və əhəmiyyətli hesab edərək atırlar. Tədris prosesinin daha səmərəli təşkil olunması üçün bu addımların atılması zəruridir.
Bizim ölkəmizdə də hazırda Elm və Təhsil Nazirliyi ilə Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyi tərəfindən şagirdlər üçün müvafiq qadağalar tətbiq edilir. Bu tədris ilindən etibarən auditoriyada mobil telefonlardan istifadə məhdudlaşdırılıb.
Müəllimlərlə bağlı isə konkret olaraq mobil telefon istifadəsinə qədər olmasa da, müəllimlərin etik davranış qaydaları bu tədrisdən etibarən tətbiq edilməyə başlanıb. Nəticə etibarilə həmin etik davranış qaydalarında dərsin gedişatında mobil telefondan istifadə məsələsi müəllimin ixtiyarına buraxılır. Yəni müəllim mobil telefondan istifadə edərsə belə, bu, mütləq etik qaydalar çərçivəsində olmalıdır".
Elçin Əfəndi vurğulayıb ki, son dövrlər bəzi müəllimlər dərsin gedişatında diqqət çəkən videolar çəkərək paylaşmaqla daha çox rəğbət qazanmaq istəyirlər. Bu isə dərs prosesinə mənfi təsir göstərir:
"Məsələn, dərsdə şagirdlərin mövzuya yaxşı hazırlaşmasını göstərən görüntülər, yaxud müəllimin dərsin gedişatına hazırlıqlı olduğunu əks etdirən videolar paylaşılır. Bu cür fəaliyyətlər dərsin gedişatına mane olursa və 45 dəqiqəlik dərsin 7-8 dəqiqəsi belə görüntülərə sərf edilirsə, şagirdlərin mövzunu mənimsəməsində problemlər yaranır. Bu halda qadağan tətbiqinin bir müddət sonra reallaşması da mümkündür.
Əgər görüntülər dərs saatı zamanı deyil, dərsdən kənar, tənəffüs vaxtı və ya dərnək saatı zamanı çəkilib paylaşılırsa, bu zaman qadağalar o qədər də real görünmür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 798 Tarix: 25 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 263 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 288 Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində
Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE
14:10 0 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 249 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 228 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə
14.11.2026 410 COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını
00:39 258 Konfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya
13:40 0