Coca‑Cola Vue kinoteatr şəbəkəsini məhkəməyə verib

Coca‑Cola Vue kinoteatr şəbəkəsini məhkəməyə veribQlobal içki istehsalçısı Coca‑Cola İngiltərə və İrlandiyada fəaliyyət göstərən kinoteatr zənciri Vue Entertainment‑yə qarşı məhkəmə iddiası qaldırıb.

BiG.AZ The Guardian-a istinadən xəbər verir ki, bu addım, Vue şirkətinin PepsiCo ilə yeni tədarük müqaviləsi bağlamasından sonra atılıb.

Məlumata görə, Vue daha əvvəl Coca‑Cola ilə təxminən 25 illik əməkdaşlıqdan sonra 2025‑ci ilin mart ayında PepsiCo‑nu əsas içki tədarükçüsü kimi seçib. Yeni müqavilə 2030‑cu ilədək qüvvədə qalacaq.

Coca‑Cola Europacific Partners Great Britain (CCEP) adından verilən məhkəmə şikayətində, şirkət müqavilə dayandırıldıqda Vue tərəfindən ödənilməmiş borcların geri alınmasını tələb edir. İddiada həmçinin Coca‑Cola‑nın Vue‑dən almalı olduğu digər ödənişlərin də mövcud olduğu bildirilir.

Vue rəhbərliyi isə açıqlama verərək bildirib ki, 25 illik əməkdaşlıqdan sonra bu kiçik məbləğə görə məhkəməyə müraciət etmək təəssüf doğurur, çünki məsələ telefon zəngi ilə də həll edilə bilərdi.

Hər iki tərəfdən rəsmi şərhlər tam açıqlanmayıb. Ekspertlər isə bu hadisəni Coca‑Cola və PepsiCo arasındakı bazar payı uğrunda gedən rəqabətin yeni mərhələsi kimi qiymətləndirirlər.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 736   Tarix: 24 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

10:35 199
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

14.11.2026 410
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını

01:14 312
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 236
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE

14:10 0
.

İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd

00:13 288
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

14.11.2026 231
.