"Kızılcık şerbeti"ndən çıxarıldı
Türkiyəli aktyor Doğukan Güngör "Kızılcık şerbeti" serialından çıxarılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə aktyorun narkotiklə bağlı test nəticələrinin müsbət çıxmasıdır.
Aktyor bu barədə sosial şəbəkədə paylaşıb edib:
"4 mövsümdür böyük bir həvəslə çalışdığım "Kızılcık Şerbeti" adlı serialdan son zamanlar baş verən hadisələr səbəbilə "Show TV" rəhbərliyinin verdiyi qərarla çıxarıldığımı az öncə öyrənmiş oldum.
Bu həyatda hər kəs səhv edə bilər. Mən də bir səhv etdiyimi, amma artıq bu səhvimdən döndüyümü və çox peşman olduğumu həm prokurorluq orqanına, həm də ictimaiyyətə səmimi və dürüst şəkildə açıqlamış, təmiz bir həyata ilk addımlarımı atmışdım. Hər şərdə bir xeyir var inancı ilə bu son yaşadığım hadisədən sonra özümü tamamilə işimə həsr etmiş və təmiz bir həyat sürmək üçün özümə söz vermişdim.
Amma bu axşam qəfil aldığım bu pis xəbər ilə bəzi insanların və qurumların qərar verərkən nə qədər amansız ola bildiklərinə, hər kəs kimi mən də şahid oldum. Halbuki bu həyatda səhv edən nə ilk, nə də son insan mənəm.
Hər kəsin ikinci bir şansı haqq etdiyinə inanmayan bu amansız insanları və qurumları vicdanları ilə baş-başa buraxır və onları Allaha həvalə edirəm.
Ancaq ictimaiyyətə də açıq şəkildə bildirmək istəyirəm ki, mən dimdik ayaqdayam və özümə verdiyim təmiz həyat sözünü tutaraq, daha gözəl işlərlə çox yaxında yenidən sizi sevənlərimlə birlikdə olacağam.
Bu çətin günlərdə yanımda olan, sevgisini məndən əsirgəməyən bütün dostlarıma, əziz pərəstişkarlarıma və canım ailəmə çox təşəkkür edirəm. Yaxşı ki, varsınız".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 833 Tarix: 24 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər
10:35 199 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə
14.11.2026 410 Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək
14:27 0 Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
01:14 312 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 236 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində
Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE
14:10 0 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 288 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
14.11.2026 231