Davosda strateji dialoq: Azərbaycan-ABŞ əməkdaşlığının gələcəyi
"Prezident İlham Əliyevin yanvarın 22-də Davosda ABŞ Prezidenti Donald Trampla görüşü gözlənilən idi və strateji əhəmiyyət daşıyırdı. Bu görüş Azərbaycanla ABŞ arasında formalaşan yaxınlığın və Vaşinqtonun Bakını regional və qlobal maraqlarında etibarlı tərəfdaş kimi görməsinin növbəti təsdiqi oldu.
Trampın ötən ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmaları xüsusi vurğulaması təsadüfi deyil. Həmin razılaşmalar Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi baxımından mühüm mərhələ sayılır. Sülh sazişinin paraflanması və TRIPP (Zəngəzur dəhlizi) kimi regional infrastruktur təşəbbüsləri bölgədə yeni reallıqlar formalaşdırıb".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sülh artıq yalnız siyasi deyil, həm də iqtisadi nəticələr verməkdədir. Ermənistanla ticarət əlaqələrinin formalaşması və yük daşımalarının başlaması sülhün praktik effektlərini göstərir və Zəngəzur dəhlizinin strateji əhəmiyyətini ön plana çıxarır:
"Azərbaycanın qalib tərəf olmasına baxmayaraq konstruktiv və praqmatik mövqedən çıxış etməsi Vaşinqton üçün Bakını məqbul tərəfdaşa çevirir. Bu, həm Donald Trampın siyasi gündəmində, həm də ABŞ-ın regionla bağlı strategiyasında Azərbaycana xüsusi yer ayırır.
Görüş zamanı Qəzzanın yenidən bərpası və idarə olunması məqsədilə yaradılan Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması da diqqət çəkən məqamdır. Bakı bu təşəbbüsü hərbi blok kimi deyil, humanitar və bərpa yönümlü mexanizm kimi dəyərləndirərək qəbul edib. Bununla yanaşı, Azərbaycan Vaşinqtonla strateji tərəfdaşlığın daha da dərinləşməsində maraqlıdır.
Ümumilikdə, bu görüş Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Cənubi Qafqazda sülh proseslərinin daha dayanıqlı əsaslar üzərində qurulmasına və ABŞ-la əməkdaşlıq çərçivəsində yeni layihələrin reallaşmasına zəmin yaradır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 884 Tarix: 23 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti
00:07 116 İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19.09.2026 120 Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19.09.2026 227 İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb
İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki
19.09.2026 142 ABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19.09.2026 146 "Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
00:25 108 Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın
19.09.2026 150 ŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19.09.2026 266 Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların mütəmadi olaraq şəhər ərazisinə daxil olması və insanlara hücum etməsi səbəbindən komendant saatı tətbiq olunub. xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb. Qərara əsasən, Baykalsk sakinləri və şəhərə gələn qonaqla
19.09.2026 163