Strateji sahələr bir məkanda: Bakının 2026-cı il sərgi xəritəsi

Strateji sahələr bir məkanda: Bakının 2026-cı il sərgi xəritəsiAzərbaycan Respublikasında 2026-cı il ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Şəhərsalma və Memarlıq İli" elan olunub. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində ölkədə dayanıqlı şəhər inkişafının təşviqi, müasir memarlıq yanaşmalarının tətbiqi, innovativ texnologiyaların istifadəsi və beynəlxalq təcrübənin mənimsənilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Bu strateji prioritetlər fonunda, 2026-cı ildə Bakıda keçiriləcək beynəlxalq sərgilər və forumlar şəhər mühitinin inkişafı, infrastrukturun modernləşdirilməsi və müxtəlif sənaye sahələrinin qarşılıqlı əlaqəsinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İl ərzində paytaxtda kənd təsərrüfatı, qida sənayesi, enerji, logistika və nəqliyyat, müdafiə, təhlükəsizlik, tikinti və səhiyyə sahələrini əhatə edən beynəlxalq sərgilər təşkil olunacaq. Bu tədbirlər "Iteca Caspian" və "Caspian Event Organisers" şirkətləri tərəfindən keçiriləcək.

Tədbirlər həm yerli, həm də xarici şirkətlər, dövlət qurumları və sahə üzrə mütəxəssislər üçün əməkdaşlıq, təcrübə mübadiləsi və biznes əlaqələrinin qurulması baxımından mühüm platforma rolunu oynayacaq.

Bütün bu sərgilər müvafiq dövlət qurumlarının və sahələr üzrə məsul strukturların dəstəyi ilə təşkil olunur.

Yaz-yay mövsümü: may və iyun aylarında intensiv sərgi dövrü

2026-cı ilin sərgi mövsümü may ayında paralel keçiriləcək bir neçə irimiqyaslı beynəlxalq tədbirlə başlayacaq.

5-8 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun kənd təsərrüfatı və qida sənayesi üzrə mühüm və irimiqyaslı tədbirləri - "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi təşkil ediləcək.

Qeyd etmək lazımdır ki, bu il "Caspian Agro" sərgisi yeni brend - "Caspian Agro Week" adı ilə təşkil ediləcəkdir. Təşkilatçılar inanırlar ki, bu, sərgiyə yeni təkan verəcək, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacaqdır.

Bu sərgilər kənd təsərrüfatı, qida istehsalı, emalı və HORECA sektoru üzrə ən son texnologiya və həllərin təqdim edildiyi vahid platforma olacaq.

1-3 iyun tarixlərində isə ilin ən mühüm və ən genişmiqyaslı tədbirlərindən biri olan "Baku Energy Week" (Bakı Enerji Həftəsi) keçiriləcək. Bakı Enerji Həftəsi çərçivəsində enerji sektorunun əsas istiqamətlərini əhatə edən beynəlxalq sərgilər və forum təşkil olunacaq. Tədbir enerji təhlükəsizliyi, enerji keçidi, bərpa olunan enerji mənbələri, neft-qaz sənayesində innovasiyalar və dayanıqlı inkişaf mövzularında qlobal dialoq üçün mühüm platforma rolunu oynayır.

"Baku Energy Week" çərçivəsində aşağıdakı tədbirlər baş tutacaq:

"Caspian Oil & Gas" - 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (1-3 iyun)
"Caspian Power" - 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi (1-3 iyun)
"Baku Energy Forum" - 31-ci Bakı Enerji Forumu (1-2 iyun)
Bakı Enerji Həftəsi ilə eyni tarixlərdə - 1-3 iyunda, "TransLogistica Caspian" - 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək. 3 iyun tarixində isə bu sərgi çərçivəsində "TransLogistica Forum" təşkil olunacaq. Forum beynəlxalq daşımalar, tranzit marşrutları və logistika həlləri ilə bağlı aktual məsələlərin müzakirə edildiyi peşəkar platforma rolunu oynayacaq.

Payız mövsümü: strateji əhəmiyyətli sərgilər

Regionun müdafiə sənayesi üzrə ən mötəbər və ən əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək. "ADEX" Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Təşkil edildiyi illər ərzində "ADEX" sərgisi etibarlı milli brend olmaqla yanaşı, dünyada müdafiə sənayesi sahəsində tanınan aparıcı şirkətlərin sərgi təqvimində öz önəmli yerini tutmuşdur. Sərgi çərçivəsində müdafiə texnologiyaları, hərbi sənaye, təhlükəsizlik sistemləri və digər məhsullar nümayiş etdiriləcək.

"ADEX"lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi "Securex Caspian" da baş tutacaqdır.

14-16 oktyabr tarixlərində regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan "Caspian Construction Week" təşkil olunacaq. Tədbir çərçivəsində aşağıdakı sərgilər bir məkanda keçiriləcək:

"BakuBuild" - 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi
"Aquatherm Baku" - 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su Təchizatı və Santexnika Sərgisi
"Rebuild Karabakh" - 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi
"Plastex Caspian" - 5-ci Yubiley Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi
"Road & Traffic" - 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi
Payız mövsümü 29-31 oktyabr tarixlərində keçiriləcək "Medinex" - 28-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi ilə yekunlaşacaq.

Beynəlxalq sərgilər Azərbaycanda biznes turizminin inkişafında mühüm rol oynayır, eləcə də ölkəyə innovativ texnologiyalar və investisiyalar cəlb edərək, yeni imkanlar üçün mühüm platforma rolunu oynayır.

Çoxsaylı işgüzar qonaqların ölkəyə gəlməsi bütün xidmət sahələrinin - otellərin, restoranların, nəqliyyat şirkətlərinin və digər xidmət müəssisələrinin ən yüksək səviyyədə koordinasiyalı fəaliyyətini tələb edir. Bununla da sərgilər multiplikator effekti yaradır, işgüzar fəallığı stimullaşdırır, qonaqpərvərlik və nəqliyyat sektorunun inkişafına töhfə verir və, təbii ki, ölkənin investisiya cəlbediciliyini daha da möhkəmləndirir.

Beləliklə, "Iteca Caspian" və "Caspian Event Organisers" tərəfindən təşkil olunan sərgilər Bakını müxtəlif sənaye sahələri üzrə beynəlxalq dialoq, texnologiya mübadiləsi və biznes əməkdaşlıqları üçün əsas mərkəzlərdən birinə çevirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 943   Tarix: 22 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla

11:30 133
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

14.11.2026 281
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 0
.

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video

Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini

00:44 272
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 263
.

Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik

00:07 336
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

13:30 0
.