"Pensiya kapitalından istifadə müddəti azaldılmalıdır" - "Bir də 77 yaşında əldə edir..."
Milli Məclisin deputatı Vüqar Bayramov "Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edilərək işləyən pensiyaçıların pensiya kapitalından istifadə müddətinin qısaldılmasını təklif edib.
Deputatın sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası 6 ildən bir yenidən hesablanır. Bu zaman fərdi hesabın sığorta hissəsində toplanmış məcburi dövlət sosial sığorta haqlarının 90%-i pensiya kapitalı kimi nəzərə alınır.
Mövcud mexanizmə əsasən, pensiya artımı üçün formalaşan kapital 72 aya (144 aydan pensiya təyin edildikdən sonra işlənən aylar çıxılmaqla) bölünür və nəticə aylıq pensiyaya əlavə olunur. Bu isə faktiki olaraq pensiya artımının yalnız iki dəfə - hər 6 ildən bir baş verməsi deməkdir.
Bayramov qeyd edib ki, bu mexanizmə görə 65 yaşında pensiyaya çıxıb işləməyə davam edən şəxs ikinci pensiya artımını yalnız 77 yaşında əldə edir.
"Əksər inkişaf etmiş ölkələrdə işləyən pensiyaçıların pensiya kapitalından istifadə müddəti daha qısadır. Buna görə təklif edirik ki, pensiya artımı 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilsin", - deputat bildirib.
Onun sözlərinə görə, bu dəyişiklik işləyən pensiyaçıların topladığı kapitaldan daha səmərəli istifadəyə, həmçinin pensiya məbləğlərinin daha erkən və daha çox artmasına imkan verə bilər.
Deputat vurğulayıb ki, Azərbaycanda işləyən pensiyaçıların sayı təxminən 190 min nəfərə yaxındır və təklif olunan dəyişiklik bu kateqoriyadan olan çoxsaylı vətəndaşların pensiya gəlirlərinin artımına səbəb ola bilər./Azpolitika
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1014 Tarix: 21 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla
11:30 133 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 281 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15:20 0 Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video
Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini
00:44 272 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
13:12 70 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 263 Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
00:07 336 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
13:30 0