Yeri son 22 ilin ən güclü Günəş fırtınası bürüdü: Bu nə deməkdir?
Yanvarın 19-da Yer kürəsi nadir rast gəlinən S4 səviyyəli Günəş fırtınasını yaşayıb - bu, 2003-cü ilin oktyabrından bəri ən güclü fırtınadır.
Qaynarinfo xəbər verir ki, bu barədə NOAA Kosmik Hava Proqnozlaşdırma Mərkəzi məlumat yayıb.
İntensivliyinə görə o, hətta 2003-cü ilin məşhur "Hellouin" fırtınalarını da geridə qoyub.
Dünya boyu möhtəşəm qütb parıltılarına səbəb olan parlaq maqnit fırtınası fonunda, bu radiasiya fırtınası sıravi müşahidəçilər üçün demək olar ki, hiss olunmaz qalıb, lakin tarixi baxımdan böyük əhəmiyyət kəsb edib.
Space.com yazır ki, günəş radiasiyası fırtınaları Günəşdəki güclü maqnit partlayışları yüklü hissəcikləri - əsasən protonları - demək olar ki, işıq sürətinə qədər sürətləndirdikdə baş verir. Belə hissəciklər Günəşlə Yer arasındakı məsafəni (təxminən 150 milyon km) onlarla dəqiqə ərzində qət edə bilirlər. Onların ən enerjili olanları Yerin maqnit müdafiəsindən keçərək qütb bölgələrinə yönəlir və atmosferin yuxarı təbəqələrinə daxil olur.
NOAA radiasiya fırtınalarını S1 (zəif) dərəcəsindən S5 (ekstremal) dərəcəsinə qədər şkala üzrə təsnif edir. 19 yanvar hadisəsi S4 - "güclü" səviyyəsinə çatıb.
Qorxulu təsvirə baxmayaraq, Yer səthindəki insanlar üçün təhlükə yoxdur: atmosfer və maqnit sahəsi radiasiyanı effektiv şəkildə udur. Bu, həm də hissəciklərin səthə yaxın qeydə alındığı "yerüstü hadisə" (Ground Level Enhancement) olmayıb. Fizik Tamita Skovun sözlərinə görə, hissəciklərin spektri "yumşaq" olub: fırtına gücünə görə rekord qırsa da, yerə çatmaq üçün kifayət qədər enerjili olmayıb.
Yüksəklikdə isə vəziyyət fərqlidir. Belə fırtınalar astronavtlar, həmçinin maqnit müdafiəsinin daha zəif olduğu qütblər üzərindən uçan təyyarələrin ekipajları və sərnişinləri üçün radiasiya risklərini artırır. Peyklər də həssasdır: hissəcik axınları elektronikanın və sensorların işini poza bilər. Bu fırtına zamanı məlumatların ötürülməsində qısamüddətli fasilələr qeydə alınıb.
Radiasiya fırtınası geomaqnit fırtınası ilə eyni şey deyil. Birincisi Günəşdən gələn sürətli hissəciklərlə, ikincisi isə günəş küləyinin Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqəsi ilə bağlıdır. Geomaqnit fırtınaları qütb parıltılarına səbəb olur və rabitəyə, naviqasiyaya və enerji sistemlərinə təsir edə bilər.
Məlumdur ki, yanvarın 19-da Günəşdə Yerə doğru yönəlmiş sürətli tac kütlə atılması ilə müşayiət olunan güclü X sinifli alışma baş verib. O, planetimizə cəmi bir sutka ərzində çatıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 934 Tarix: 21 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla
11:30 133 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 281 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15:20 0 Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video
Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini
00:44 272 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
13:12 70 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 263 Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
00:07 336 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
13:30 0