Nərimanovda obyekt yanır - Foto - Video - Yenilənib

Nərimanovda obyekt yanır - Foto - Video - YenilənibPaytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yanğın baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

*

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospektinin yaxınlığındakı obyektlərin birində baş verən yanğın səbəbindən metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.

*

DİN Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları yanğınla bağlı dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

*

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Nərimanovda obyekt yanır - Foto - Video - Yenilənib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1217   Tarix: 21 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Süni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı

Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın

19.09.2026 135
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. BİG.AZ paylaşımı təqdim edir:

19.09.2026 148
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19.09.2026 222
.

Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb

Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd

19.09.2026 160
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

00:31 124
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19.09.2026 227
.

Qondarma rejimin özünü buraxması faktı niyə unudulur?

"Ermənistandakı revanşist qüvvələr Qarabağda mövcud olmuş qondarma rejimlə bağlı iddialarından geri çəkilmir və bu məsələni beynəlxalq müstəvidə müxtəlif formalarda gündəmə gətirməyə çalışırlar. Lakin onların nədənsə "unutduğu" mühüm bir fakt var: həmin qondarma rejim 2023-cü il sentyabrı

19.09.2026 252
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19.09.2026 156
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

00:28 116
.