Ukrayna: Rusiya ordusu 34 raket və 339 dronla hücumlar həyata keçirib

Ukrayna: Rusiya ordusu 34 raket və 339 dronla hücumlar həyata keçiribUkrayna Hərbi Hava Qüvvələri Komandanlığının yazılı açıqlamasına görə, Rusiya müxtəlif növ raket və dronlardan istifadə edərək ölkəyə intensiv hava hücumları həyata keçirib.

BiG.AZ NBC News-a istinadən xəbər verir ki, bəyanatda hücumda 339 drondan istifadə edildiyi və Rusiya ordusunun 18 "İskander-M/S-300" ballistik raketi, 15 "X-101" qanadlı raketi və 1 hipersəs "Tsirkon" raketi atdığı bildirilir. Bəyanatda hava hücumundan müdafiə qüvvələri tərəfindən 27 raket və 315 PUA-nın zərərsizləşdirildiyi qeyd edilərək, "Hücum davam edir. Havada bir neçə düşmən PUA-sı var" əlavə edilib. Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədəki paylaşımında Rusiyanın Kiyev, Odessa, Sumi, Dnepropetrovsk, Zaporojji, Poltava və Vinnitsa vilayətlərini hədəf aldığını bildirib.

Zelenski hücumlar səbəbindən enerji problemlərinin yaşandığını bildirib və "İndiyə qədər ən çətin vəziyyət Kiyevdədir. Çoxlu sayda mənzil binası istiliksizdir" şərhini verib. Hava hücumundan müdafiə qüvvələrinin səmərəli işlədiyini bildirən Ukrayna prezidenti, "Nəhayət ki, bu hücumdan bir gün əvvəl ehtiyac duyduğumuz raketləri aldıq və bu, çox faydalı oldu. Hər bir dəstək paketi vacibdir" dedi. Kiyev meri Vitali Kliçko sosial media hesabında hava hücumundan sonra paytaxtdakı vəziyyətlə bağlı yenilənmiş məlumat paylaşıb. Şəhərə hücumun yaratdığı su və elektrik problemlərini vurğulayan Kliçko bildirib ki, "Paytaxta hücumdan sonra 5635 çoxmərtəbəli bina istiliksiz qalıb".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 839   Tarix: 20 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

00:31 124
.

ABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır

ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr

19.09.2026 146
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

00:17 145
.

Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var - Foto

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp cari prezidentlik müddətində əldə etdiyini düşündüyü "25 əsas nailiyyət"in siyahısını ictimaiyyətə təqdim edib. O, əvvəllər də vurğuladığı kimi, "8 irimiqyaslı müharibənin nizamlanması" bəndinə Bakı ilə İrəvan arasında əlaqələri

19.09.2026 158
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

00:11 115
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. BİG.AZ paylaşımı təqdim edir:

19.09.2026 133
.

Rusiyada ayılara görə komendant saatı tətbiq edildi

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların mütəmadi olaraq şəhər ərazisinə daxil olması və insanlara hücum etməsi səbəbindən komendant saatı tətbiq olunub. xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb. Qərara əsasən, Baykalsk sakinləri və şəhərə gələn qonaqla

19.09.2026 163
.

İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"

"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb

19.09.2026 120
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

00:25 108
.