ChatGPT yaradıcısı 2027-ci ilin ortalarına qədər müflis ola bilər
Analitiklər proqnozlaşdırırlar ki, ChatGPT-nin tərtibatçısı olan "OpenAI" gəlirlərini əhəmiyyətli dərəcədə artıra və ya yeni investisiyalar cəlb edə bilməzsə, 2027-ci ilin ortalarına qədər müflisləşmə həddinə çata bilər.
Qaynarinfo xəbər verir ki, "New York Times"ın yazdığına görə, təkcə 2025-ci ildə şirkətin xərcləri təxminən 8 milyard dollar təşkil edib. Proqnozlara əsasən, 2028-ci ilə qədər bu rəqəm 40 milyard dollara qədər yüksələ bilər. Buna baxmayaraq, "OpenAI"ın hələ də tam formalaşmış və davamlı biznes modeli yoxdur. Gözləntilərə görə, şirkət yalnız 2030-cu ildən sonra mənfəətə çıxa bilər.
"OpenAI"ın əsas problemlərindən biri istifadəçilərin böyük hissəsinin çat-botların pulsuz versiyalarından yararlanmasıdır. Bu istifadəçilərin ödəniş etməyə başlamaqdansa, alternativ platformalara keçməsi daha ehtimal olunur. "Google", "Meta" və "Microsoft" kimi iri texnoloji şirkətlərin isə süni intellekt layihələrini maliyyələşdirməyə imkan verən digər stabil gəlir mənbələri mövcuddur. "OpenAI"ın belə bir maliyyə ehtiyatı yoxdur.
Perspektivdə vəziyyətin yaxşılaşması mümkündür. Əgər süni intellekt agentləri istifadəçilərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilsə və asanlıqla əvəzlənən alətlər olmağı dayandırsa, "OpenAI"ın mövqeyi möhkəmlənə bilər. Lakin əsas sual açıq qalır: ChatGPT tərtibatçılarının bu mərhələyə qədər çatmaq üçün kifayət qədər resursu olacaqmı?
"New York Times" analitiki qeyd edir ki, mümkün ssenarilərdən biri kimi maliyyə ehtiyatları tükəndikdən sonra "OpenAI" texnologiya nəhənglərindən biri - məsələn, "Microsoft" və ya "Amazon" tərəfindən satın alına bilər. Onun fikrincə, belə bir nəticə süni intellekt sənayesi üçün fəlakət sayılmamalıdır.
Məqalədə deyilir ki, "OpenAI"ın çöküşü süni intellektin iflası demək olmayacaq. Bu, sadəcə onu yaradan və ən çox reklam edilən şirkətin sonu olacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl "OpenAI" rəsmi olaraq ChatGPT-də daxili reklamların görünəcəyini açıqlayıb. Reklamları söndürmək üçün "ChatGPT Plus", "Pro" və ya "Enterprise" abunəliyi tələb olunacaq. Bundan əvvəl isə platformada tibbi məsləhətlər üçün yeni rejim istifadəyə verilib. İstifadəçilər çat-bota tibbi kartlarını və "Apple Health" və "MyFitness" kimi sağlamlıq tətbiqlərini qoşa bilirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1141 Tarix: 20 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUkraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
16:10 0 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 305 Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video
Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini
00:44 272 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107 Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
01:14 312 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
14:00 0 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
16:20 0 COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını
00:39 258 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 263