Bu smartfonlar bahalaşacaq

Bu smartfonlar bahalaşacaqNothing şirkətinin qurucusu Karl Pey 2026-cı ildə smartfon bazarında əsaslı dəyişiklik olacağını və bunun cihazların pərakəndə qiymətlərinin ciddi şəkildə artmasına səbəb olacağını bildirib.

Lent.az xəbər edir ki, o, mövqeyini şirkətin X sosial şəbəkəsindəki (əvvəlki Twitter) rəsmi səhifəsində yayımladığı geniş açıqlamada təqdim edib. Pey qeyd edir ki, uzun illər ərzində əsas komponentlərin, xüsusilə də operativ yaddaş və fləş yaddaş modullarının ucuzlaşması tendensiyası artıq tamamilə dayanıb. Onun sözlərinə görə, bunun əsas səbəbi süni intellekt sənayesinin yaddaşa olan kəskin tələbatıdır. Artıq İİ serverləri istehlak elektronikası istehsalçıları ilə eyni resurslar uğrunda rəqabət aparır. Peyin qiymətləndirməsinə görə, bir il əvvəl 20 dollardan ucuz olan bəzi yaddaş modullarının qiyməti 2026-cı ilin sonuna qədər ən üst modellər üçün 100 dolları keçə bilər.

Belə xərclər artımı brendləri çətin seçim qarşısında qoyur.

"İndi şirkətlər seçim etməli olacaq: ya qiymətləri bəzi hallarda 30% və daha çox artırmaq, ya da cihazların texniki göstəricilərini azaltmaq", - deyə Karl Pey vurğulayıb. O proqnozlaşdırır ki, xüsusilə giriş və orta seqment daha çox zərər görəcək və bu bazar hissələri 20%-dən çox darala bilər. Nothing rəhbəri hesab edir ki, bu vəziyyət "xüsusiyyət yarışının" sonu olacaq. Yəni marketinqin daimi olaraq texniki göstəricilərin artırılması üzərində qurulduğu dövr bitəcək. Yeni şəraitdə, onun fikrincə, əsas fərqləndirici amil ümumi istifadəçi təcrübəsi, dizayn və proqram təminatının keyfiyyəti olacaq. İlk gündən məhz bu məqamlara fokuslanan Nothing şirkəti üçün yaranmış böhran "əla bir fürsət" hesab olunur. Karl Peyin proqnozları digər analitiklərin fikirləri ilə də üst-üstə düşür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 724   Tarix: 19 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 139
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 297
.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 322
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd

00:13 288
.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 249
.