Rusiya-Ukrayna müharibəsi şiddətlənir: enerji obyektləri hədəfdə, qış Ukrayna üçün ağır keçir
Rusiya ilə Ukrayna arasında davam edən müharibə 2026-cı ilin yanvarında daha da şiddətlənib.
BiG.AZ CBS News-a istinadən xəbər verir ki, son günlərdə əsas hədəf Ukraynanın enerji infrastrukturu olub ki, bu da sərt qış şəraitində ölkədə humanitar vəziyyəti daha da ağırlaşdırıb.
Reuters agentliyinin məlumatına görə, Rusiya qüvvələri yanvarın 19-na keçən gecə Ukraynanın bir neçə regionunda enerji obyektlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Hücumlar nəticəsində Sumı, Xarkov, Dnipro, Odesa və Çerniqiv vilayətlərində elektrik təchizatı ciddi şəkildə pozulub. Ukrayna tərəfi bildirib ki, onlarla dron və raket zərərsizləşdirilsə də, bir sıra obyektlərə zərər dəyib və minlərlə ev işıqsız qalıb.
Ukrayna hakimiyyəti Rusiyanı qış aylarında ölkəni zəiflətmək məqsədilə "enerji terroru" aparmaqda ittiham edir. Rəsmi Kiyev bildirir ki, istilik və elektrik şəbəkələrinin sıradan çıxarılması mülki əhali üçün ciddi təhlükə yaradır. Bir çox bölgədə məktəblər müvəqqəti bağlanıb, fövqəladə istilik mərkəzləri fəaliyyətə başlayıb.
Eyni zamanda Ukrayna ordusu da cavab hücumlarını davam etdirir. Ukrayna dronlarının Rusiyanın işğalı altında olan cənub ərazilərində enerji infrastrukturu və hərbi obyektləri hədəfə aldığı bildirilir. Bu hücumlar nəticəsində bəzi ərazilərdə yüz minlərlə insan elektrik enerjisiz qalıb.
Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın yeni hücumlara hazırlaşdığını bildirərək, Qərb müttəfiqlərini hava hücumundan müdafiə sistemləri və silah yardımını sürətləndirməyə çağırıb. Britaniya hərbi kəşfiyyatının məlumatına görə, Rusiya son bir ildə dron hücumlarının sayını kəskin artırıb.
Diplomatik müstəvidə isə sülh cəhdləri davam etsə də, hələlik konkret nəticə əldə olunmayıb. ABŞ, Avropa İttifaqı və Ukrayna rəsmiləri mümkün sülh mexanizmləri və təhlükəsizlik zəmanətləri ətrafında danışıqları davam etdirirlər. Bununla belə, tərəflərin mövqeləri hələ də ciddi şəkildə ziddiyyətlidir.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1011 Tarix: 19 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 139 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg
00:37 297 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 322 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 305 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək
14:27 0 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 288 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 249